III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçilərdən ibarət komandaları FİNALDA
İdman
26 sen 2025 | 16:35
III MDB oyunları çərçivəsində Qəbələdə keçirilən stolüstü tennis yarışında Azərbaycannın kişilərdən ibarət komandası finala yüksəlib.

azerimedia.az xəbər verir ki, yığma Özbəkistanla üz-üzə gəlib.

Görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

14:14

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışına start verilib.

Azərimedia Az xəbər verir ki, ilk gündə Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistanı 2:1 hesabı ilə məğlub edib.

Komanda finalda Rusiya millisi ilə üz-üzə gələcək.

Azərbaycanın kişilərdən ibarət millisi isə bu gün 1/4 finalda Özbəkistanla görüşəcək.

Bu cütün qalibi yarımfinalda Qazaxıstanla qarşılaşacaq.

Yarımfinalın qalibləri ertəsi gün finalda üz-üzə gələcəklər. Məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaqlar.











08:10

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün ilk yarışa start veriləcək.

Azerimedia.Az yarışın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu gün Qəbələdə stolüstü tennisçilər mübarizəyə başlayacaqlar.

Stolüstü tennis yarışı Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.

İlk gündə kişilər və qadınlar arasında komanda yarışları keçiriləcək. Yarışların ilk günündə finalçılar müəyyənləşəcəklər.

Kişilər arasında yarışlarda 1/4 finalda Rusiya və Belarus qarşılaşacaqlar. Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək. Digər yarımfinalda isə Azərbaycan və Özbəkistan mübarizə aparacaqlar.

Qadınlar arasında yarışlar yarımfinaldan start götürür:

Özbəkistan - Rusiya

Belarus - Azərbaycan.

Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaqlar.

Qeyd edək ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq. Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq.

III MDB Oyunları Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.
Dünən, 14:00
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Dünən, 13:59
Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK
Dünən, 13:57
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Dünən, 13:51
Qafanda İran və Ermənistan rəsmiləri görüşdülər: Yeni tərəfdaşlıq modeli axtarırlar - FOTO
Dünən, 13:22
Avropada qazın birja qiyməti 750 dolları ötdü
Dünən, 11:56
Yeni tədris ili üçün peşə təhsili üzrə QƏBUL PLANI açıqlandı - FOTO
Dünən, 11:32
Hövsan sakinləri boğaza yığılıblar: "Su yoxdur, gələndə də çirkli olur" - VİDEO
Dünən, 11:29
Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi açılacaq
Dünən, 11:20
Peşə təhsili müəssisələrinə 47 min müraciət qeydə alınıb
Dünən, 09:04
ABŞ hökuməti işini dayandıra bilər - Trampdan XƏBƏRDARLIQ
22-07-2026, 16:40
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər - FOTO
22-07-2026, 16:31
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
22-07-2026, 15:33
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
22-07-2026, 15:30
Bakı metrosunda iş rejimi dəyişdirilir
22-07-2026, 14:32
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
22-07-2026, 14:30
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
22-07-2026, 13:24
Ankarada helikopter qəzaya uğradı - Yaralılar var
22-07-2026, 13:08
Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
22-07-2026, 12:59
Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
22-07-2026, 12:56
Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
22-07-2026, 12:30
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
22-07-2026, 12:05
Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord
22-07-2026, 11:00
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
22-07-2026, 10:36
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
22-07-2026, 09:21
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
22-07-2026, 09:02
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
21-07-2026, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır