Minifutbol üzrə Azərbaycan çempionatının 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib
İdman
2 okt 2025 | 17:24
Minifutbol üzrə Azərbaycan çempionatının 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.

Azerimedia.Az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov, milli komandanın üzvləri və klubların rəsmiləri iştirak ediblər.

İlk olaraq bu il Bakıda keçirilmiş dünya çempionatı haqqında danışılıb. Azərbaycan millisinin turnirdə qızıl medal qazanmasının yaddaqalan uğur olduğu vurğulanıb.

Taleh Nəsibov yeni mövsümdə çıxış edəcək komandalara uğurlar arzulayıb. O, son illərdə Azərbaycanda minifutbolun inkişaf etdiyini söyləyib:

"2022-ci ildə Avropa çempionu olandan sonra minifutbola diqqət daha da artırıldı. Ölkə çempionatı zəif olsa, inkişafdan danışa bilmərik. Yeni klubların, futbolçuların çempionata cəlb olunmasını istəyirik. İddialı kollektivlər çoxdur. Gələcəkdə yenə hansısa komandamızın Çempionlar Liqasının qalibi olacağına inanırıq. 2025-ci ildə Azərbaycan dünya çempionatına ev sahibliyi etdi. Bu yarışda böyük uğur qazandıq və mundialın qalibi olduq".

Federasiya rəsmisi son olaraq Azərbaycan çempionatında 16 komandanın çıxış edəcəyini sözlərinə əlavə edib.

Bakıdakı dünya çempionatına həsr edilmiş videoçarx göstərilib, daha sonra Azərbaycan çempionatının reqlamenti haqqında məlumat verilib və 2025/26 mövsümünün püşkü atılıb.

Azərbaycan çempionatının I turunda üz-üzə gələcək komandalar:

"Sumqayıt" - "Buxar";

"Bakı 145" - "DİN İdman Cəmiyyəti";

"Lənkəran" - "Atəşgah Suraxanı";

"Start Bakı" - "Aznur";

"Siyəzən" - "Gənclərbirliyi";

"Borçalı" - "Lerik";

"Cənub" - "Galaxy";

"Birbaşa Bakı" - "Zirə".

Qeyd edək ki, Azərbaycan çempionatına oktyabrın 21-də start veriləcək.









Dünən, 14:00
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Dünən, 13:59
Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK
Dünən, 13:57
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Dünən, 13:51
Qafanda İran və Ermənistan rəsmiləri görüşdülər: Yeni tərəfdaşlıq modeli axtarırlar - FOTO
Dünən, 13:22
Avropada qazın birja qiyməti 750 dolları ötdü
Dünən, 11:56
Yeni tədris ili üçün peşə təhsili üzrə QƏBUL PLANI açıqlandı - FOTO
Dünən, 11:32
Hövsan sakinləri boğaza yığılıblar: "Su yoxdur, gələndə də çirkli olur" - VİDEO
Dünən, 11:29
Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi açılacaq
Dünən, 11:20
Peşə təhsili müəssisələrinə 47 min müraciət qeydə alınıb
Dünən, 09:04
ABŞ hökuməti işini dayandıra bilər - Trampdan XƏBƏRDARLIQ
22-07-2026, 16:40
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər - FOTO
22-07-2026, 16:31
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
22-07-2026, 15:33
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
22-07-2026, 15:30
Bakı metrosunda iş rejimi dəyişdirilir
22-07-2026, 14:32
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
22-07-2026, 14:30
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
22-07-2026, 13:24
Ankarada helikopter qəzaya uğradı - Yaralılar var
22-07-2026, 13:08
Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
22-07-2026, 12:59
Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
22-07-2026, 12:56
Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
22-07-2026, 12:30
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
22-07-2026, 12:05
Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord
22-07-2026, 11:00
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
22-07-2026, 10:36
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
22-07-2026, 09:21
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
22-07-2026, 09:02
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
21-07-2026, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır