Azərbaycan güləş millisinin kapitanı Avropa çempionatını da buraxacaq - YENİLƏNİB
İdman
9 yan 2024 | 12:00
Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

Bu barədə “Report”a üçqat dünya və dördqat Avropa çempionu məlumat verib.

32 yaşlı idmançı bildirib ki, apreldə Bakıda təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq məqsədilə Xorvatiyada keçiriləcək “Zaqreb Open” (10-14 yanvar) və Rumıniyanın paytaxtı Buxarestdə (12-18 fevral) baş tutacaq Avropa çempionatına qatılmayacaq: “Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bu üzdən Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşıram”.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turniri aprelin 5-7-si aralığında paytaxtımızda təşkil ediləcək.

13:36

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyevin Xorvatiyada keçiriləcək “Zaqreb Open” turnirinə aparılmamasının səbəbi müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Sərxan Musayev “Report”a açıqlamasında 32 yaşlı üçqat dünya və dördqat Avropa çempionunun çəki salmamaq üçün bu addımı atdığını bildirib.

O, “Zaqreb Open”də iştirak edən güləşçilərin az çəki salanlar olduğunu bildirib:

“Onlarda ciddi problem olmur. Burada idmançılar çəki salaraq güləşirlər. Hər güləşçi öz çəkisindən maksimum iki kq artıq ola bilər. Hacı Əliyev isə 4-5 kq, hətta bəzən daha çox çəki salır. Hərbçilər arasında dünya çempionatında da 70 kq çəkidə güləşmişdi. Hacının yaşını da nəzərə alsaq, o, il ərzində ən yaxşı halda iki dəfə çəki sala bilər. Bu da böyük interval olmaq şərti ilə”.

AGF rəsmisi Hacı Əliyevin əsas diqqəti Avropa Olimpiya Təsnifat turnirinə yönəltdiyini söyləyib:

“Komanda hazırda təlim-məşq toplanışının fiziki hazırlıq mərhələsindədir. Bu dönəmdə güləşçilər çəki salmırlar. Hacı Əliyevin əsas məqsədi isə Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaqdır. İndi çəki salsa, həmin yarış ərəfəsində yenidən çəkisini azaltmalı olacaq. İl ərzində bir neçə dəfə çəki salan idmançı isə formada olmur. Çünki fiziki hazırlıq zamanı idmançı yaxşı qidalanmalıdır”.

Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir. Sərbəst güləş millimiz yarışda 9 nəfərlə mübarizə aparacaq.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start