Rafael Ağayevin istefasına AKF-dən MÜNASİBƏT: "Karatemizin simasını heç kim itirmək istəməz"
İdman
16 yan 2025 | 17:48
"Rafael Ağayev AKF-nin (Azərbaycan Karate Federasiyası) deyil, "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidentidir".

Bunu açıqlamasında Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev deyib.

"Əvvəllər Azərbaycanda çoxsaylı federasiyalar var idi. Son illər Gənclər və İdman Nazirliyinin apardığı idman siyasəti və eyni zamanda, "İdman haqqında" Qanuna görə, bir idman növü üzrə yalnız bir federasiya akkreditasiyadan keçə bilər. Karate üzrə də Azərbaycanda akkreditasiyadan keçmiş tək federasiya Azərbaycan Karate Federasiyasıdır.

1992-ci ildə Füzuli Musayev, Ülvi Quliyev, Əhməd Hətəmov, Mirəli Seyidov, Yaşar Bəşirov və digərləri ilə Azərbaycan Karate-Do Federasiyası yaratdıq. 1997-ci ildə federasiyaların sayının artmasından sonra vahid Azərbaycan Karate Federasiyaları Assosiasiyası formalaşdı. Buraya çoxsaylı federasiyalar daxil idi. Qanunda isə hər idman növü üzrə bir federasiya nəzərdə tutulurdu. İndi də bu tətbiq olunub. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən çoxsaylı federasiyalar var, amma onların heç biri Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçməyib. Ona görə də rəsmi fəaliyyət göstərə bilməzlər", - vitse-prezident bildirib.

Füzuli Musayev qeyd edib ki, AKF-nin tərkibində altı keçmiş federasiya üslub kimi fəaliyyət göstərir:

"Onlardan biri də "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyidir. Amma o da digər status almamış federasiyalar kimi, bizdə üslub olaraq (idman karatesi) qeydə alınıb. Həmin ictimai birliyə də Yaşar Bəşirov rəhbərlik edir.

Bizim çox hörmətli idmançımız, fəxrimiz, mənim tələbəm Rafael Ağayev çıxışlarında idmançı karyerasını bitirəcəyini və federasiyada çalışmaq istədiyini bildirdi. Ona baş məşqçi kimi fəaliyyət göstərmək təklif edildi, ancaq müəyyən səbəblərdən istəmədi. Ona "Milli Karate Federasiyası" İB-də vitse-prezident kimi qalmaq təklif edildikdə qəbul etdi. Həmin ictimai birlik bu gün bizim tərkibimizdədir. Onun rəhbəri Yaşar Bəşirov iclas keçirəndə Rafael Ağayevi çağırar, ya çağırmaz - ona biz heç nə edə bilmərik.

Rafael Ağayev bizim öz federasiyamızın tədbirlərinə dəvət edilir. İclaslarımızda isə ancaq rəhbərlik və üzvlərimiz iştirak edirlər. Buraya heç kim dəvətlə çağırılmır, ümumi elan olunur və hamı iştirak edir. Rafael Ağayev istefa vermək istəyirsə, bu, şəxsi qərarıdır. Amma mən heç vaxt onun ayrılmasını istəməzdim. Biz danışanda dedim ki, Rafael, görüşərik. Mən düşünürəm ki, Rafael kimi idmançını, karatemizin simasını heç vaxt heç kim itirmək istəməz. Çünki Rafael dünyada tanınmış idmançıdır. Onun hər zaman yanımızda yeri var, düşünürəm ki, bunların hamısı düzələcək. Biz Allahın köməkliyi ilə ondan faydalı istifadə edəcək, Azərbaycanın gələcək karateçilərini də Rafaellə birgə yetişdirəcəyik".

15:15

Karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verib.

O, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsindən ayrılıb.

Qeyd edək ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start