Azərbaycanda əmək müqaviləsi ilə çalışanların sayının azalma SƏBƏBLƏRİ
İqtisadiyyat
17 mar 2025 | 10:52
Bu il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Rəsmi statistik müqayisə göstərir ki, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi ilə çalışanların sayı 21 500 nəfər azalıb. Belə ki, məşğulluq sferası bu ilin ilk ayına 1 milyon 778 min 500 əmək müqavilələri ilə daxil olub.

Bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.



O bildirib ki, həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb:

"Özəl sektorda müqavilələrin sayında azalma daha çox - 18 200 nəfər olub. Dövlət Statistika Komitəsi bir aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 300 nəfər azalma bəyan edib".

2025-ci ilin ilk ayında əmək müqavilələrinin sayında azalmanın daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verdiyini qeyd edən deputat əmək müqavilələrin sayının məşğulluğun rəsmiləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımdan vacib olduğunu vurğulayıb:

"Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox mikrosahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqəli olduğu güman edilir. Belə ki, bu il yanvarın 1-dən etibarən mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu, özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub".

"Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir", - deyə V.Bayramov əlavə edib
Bu gün, 11:07
Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür
Bu gün, 11:07
Vəkil olmaq istəyənlərin nəzərinə
Bu gün, 11:00
Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır
Bu gün, 10:55
Abituriyentlərin NƏZƏRİNƏ: DİM-in sınaq imtahanına qeydiyyat bu gün BAŞA ÇATIR
Bu gün, 10:34
Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Bu gün, 10:01
Bakıda sərnişin sıxlığını azaltmaq üçün xətlərə ƏLAVƏ AVTOBUSLAR buraxılıb
Bu gün, 09:03
Zaqatalada 11 mindən çox abonentin qazı kəsiləcək
Dünən, 13:11
Dünyanın gözü İslamabaddadır: İsrail isə başqa plan cızır
Dünən, 13:09
Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxır
Dünən, 13:07
Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir
Dünən, 13:05
Bakı metrosuna giriş bağlandı - YENİLƏNİB
Dünən, 13:03
Deputat: Qarabağ nə Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar əylənmək üçün gətirilən meymun...
Dünən, 12:33
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
Dünən, 12:15
Ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)
Dünən, 12:09
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO
Dünən, 12:07
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur - FOTO
Dünən, 12:06
Qarabağ”la “Sabah” da cərimələndi - SƏBƏB
Dünən, 12:04
Sumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO
Dünən, 11:58
Konstitusiya Məhkəməsindən "Hərbi xidmət keçməkdən boyun qaçırma" maddəsində dəyişikliklə bağlı TƏKLİF
Dünən, 11:02
Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI
Dünən, 10:44
Azərbaycandan Ermənistana dizel göndəriləcək
Dünən, 10:29
Azərbaycan nefti 6 dollardan çox BAHALAŞDI
Dünən, 10:23
Mart ayında əlilliyə görə sosial ödəniş alanların SAYI AÇIQLANDI
Dünən, 10:18
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? (VİDEO)
Dünən, 10:13
Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
Dünən, 10:12
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək
Dünən, 09:01
Bakıda NƏHƏNG LAYİHƏ: Metro xəttinin altından avtomobil yolu keçəcək