Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür
Cəmiyyət
22 apr 2026 | 11:07
Aprelin 22-də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun anadan olmasının 80-ci ili tamam olur.

Azerimedia.Az xatırladır ki, erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən A.Bağırov həm də Qarabağ müqavimətinin simvolu idi.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-də Ağdamda anadan olub.

Yeddi qız övladından sonra dünyaya gəldiyi üçün ailəsi ona Allahverdi, yəni "Allahın payı" adını verir. Bu, həm də onun ana babasının adı idi.

O, orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.

O, həm də Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib.

1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradıb. Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu yaradılıb və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq bu posta keşik çəkməyə gedib. Daha sonra bu cür özünümüdafiə postları ermənilər yaşayan ərazilərlə qonşu digər kəndlərdə də yaradılıb.

1991-ci il oktyabrın 1-də Azərbaycan Ordusunun ilk hərbi birləşmələrindən biri - 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru yaradılıb. Bu taborun yaradıcıları Eldar və Allahverdi Bağırov qardaşları olublar. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora "Vətən oğulları" adı verilib. Eldar Bağırov, həmçinin Azərbaycan Ali Sovetinin üzvü seçilib.

Lakin 1991-ci ildə E.Bağırov Bakıda olan Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Bundan sonra tabora Allahverdi Bağırov komandanlıq etməyə başlayıb.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu hücum əməliyyatı keçirib. Allahverdi Bağırovun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub.

Cəmi iki saat çəkən hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra Allahverdi Bağırov "General Məhəmməd Əsədov" adına mükafata layiq görülüb.

1992-ci il fevralın 26-da Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək Ağdama gətirilib.

Bağırovun erməni tərəfi, konkret olaraq Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasanyanla danışıqlardan sonra üç gün ərzində 1 003 Xocalı sakini əsirlikdən azad edilib. Bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.

Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və meyitləri Ağdama gətirib.

Bağırovun bu fəaliyyəti "Fəryad" filmində obrazlı şəkildə işıqlandırılıb.

Allahverdi Bağırovun sonuncu ən böyük əməliyyatı 1992-ci il iyunun 12-də baş tutub. Bağırovun komandanlığı altında hücuma keçən Azərbaycan Ordusu Aranzəmin, Naxçıvanlı, Dehraz, Təkir, Mirikənd kəndlərini düşməndən təmizləyərək Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Aranzəmin kəndində gedən döyüşlərdə 100 erməni məhv edilib, düşmənin 10 döyüşçüsü əsir götürülüb.

Bu əməliyyatdan iki gün sonra iyunun 12-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub.

A.Bağırovun Bakıda Şəhidlər xiyabanında dəfni planlaşdırılsa da, sonradan Ağdamda qardaşı Eldarın yanında dəfn olunub. Allahverdi Bağırov ölümündən sonra 24 fevral 1993-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı və "Qızıl ulduz" medalı ilə təltif olunub.

Qeyd edək ki, Ağdamın düşmən işğalından azad edilməsi nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qızları 27 ildən sonra onun məzarını ziyarət ediblər.
Bu gün, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Bu gün, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Bu gün, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Bu gün, 14:00
İran yeni silahlar hazırlayır
Bu gün, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Bu gün, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Bu gün, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Bu gün, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Bu gün, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Bu gün, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
Dünən, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Dünən, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Dünən, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Dünən, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Dünən, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Dünən, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Dünən, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Dünən, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Dünən, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Dünən, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Dünən, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Dünən, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Dünən, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Dünən, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR