Deputat: Qarabağ nə Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar əylənmək üçün gətirilən meymun...
Müsahibə
21 apr 2026 | 13:03
Belçika və Niderlandın parlament adına haqq etməyən yığnaqlarının irqçi, qərəzli, qərəzli olduğu qədər də savadsızcasına hazırlanmış, antisülh və antiregion mahiyyətli qətnamələrini qətiyyətlə pisləyirəm.Ona görə antiregion mahiyyətli adlandırıram ki, Cənubi Qafqazın geosiyasi subyekt kimi çıxış edə bilməsi üçün ilk növbədə buradakı ölkələr arasında sülh olmalıdır. Bunun özlərinə də əl verdiyi Brüsseldəkilərə yaxşı bəlli olduğu halda, görünür, müstəmləkəçilik dönəmindən qalma mərəzləri və güclü islamofobiya onları praqmatik siyasət yeritməyə qoymur. İslamofobiyanın orada necə gücləndiyi isə ötən ilin statistikasından da görünür".

Azerimedia.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropada ötən il müsəlmanlara qarşı, hələ özlərinin açıqladıqları 876 insident olub ki, onun da 326-sı Fransanın payına düşür.

"Xankəndindəki keçmiş “miatsumçu” rejimin başında duranların həbsini pisləyən və azadlığa çıxmalarını istəyənlər yəqin unudurlar ki, nə Qarabağ Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar həmin Konqodan tutulub gətirilərək baxnaları əyləndirmək üçün Tervürendə zooparkdakı meymunmuş kimi qəfəsə salınıb göstərilənlərdir. Onlar minlərlə azərbaycanlının qətlində suçlu bilinən hərbi cinayətkarlardır ki, Milli Məclisin dünənki bəyanatında da vurulandığı kimi uğyun beynəlxlaq qurumlar da bunun yaxşı fərqindədirlər",- o vurğulayıb.

Deputat əlavə edib ki, görsən bir tərəfdən Azərbaycan rəsmiləri ilə yeni ikitərəfli anlaşma haqda danışıqlara başlamaq üçün Brüsseldə görüş keçirən, digər tərəfdən isə eyni gündə də belə bir addım atanlar özləri haqda nə düşünürlər? "Həm də bilə-bilə ki, bu, strateji rəqib, hətta düşmən gözündə gördüklərinin maraqlarına tam cavab verən hərəkətdir. Eynilə hay diasporunun, daha dəqiqi, onların daşnaklardan ibarət hissəsinin bu qətnamədən 4 gün qabaq Parisdə keçirdikləri yığıncaqları kimi. Həmin yığıncağın maliyyəsini məhz Rusiyadan ora təşrif gətirən oliqarx Ara Abramyanın verdiyini və burada da məqsədin yenə bu regionda sülhə maneçilik olduğunu bəyəm Yelisey sarayındakılar bilmirlər? Elə isə nədən həmin yığıncaqdan 2 gün sonra “özünüburaxan”ların bir neçə təmsilçisi ilə Fransa və Avropa Parlamentində görüş keçirilir?

Amma nə edirlərsə etsinlər, “hay məsələsi”ni qaldırdıqları zaman açıqladıqları ortaq niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan onların cavabını sivilizasiyalarından saydıqlarının dağıtdıqları yerləri cənnətə çevirməklə və uçurduqları məscidlərin yerində daha möhtəşəmini tikməklə ən təsirli şəkildə verir və verəcək"- deputat bildirib.
Bu gün, 10:55
Bakıdan Tbilisiyə qatar bileti almaq istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 10:53
Dünyanı aclıq təhlükəsi gözləyir: Daha 49 milyon insan risk altında
Bu gün, 10:42
72 min miqrant, onlarla ölüm: Seuta böhranının arxasında kim dayanır?
Bu gün, 10:41
Ceyhun Bayramov Ukraynaya getdi
Bu gün, 09:39
Qızıl bahalaşdı
Bu gün, 09:38
Avropada növbəti dayanacaq: "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq
Dünən, 13:36
Rusiyada miqrantlar üçün YENİ QƏRAR
Dünən, 11:49
İranlı professor: "Azərbaycanı hədələmək əvəzinə əməkdaşlıq etməliyik" - FOTO
Dünən, 11:30
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI
Dünən, 11:01
Azərbaycanda 20-yə yaxın yeni hərbi infrastruktur istifadəyə verildi - FOTO - VİDEO
Dünən, 10:47
Gürcüstan qatarları Azərbaycanda təmir edilir? - RƏSMİ - FOTO
Dünən, 10:19
Zaqatalanın bəzi kəndlərinə ağır texnikalar cəlb olundu - SƏBƏB - FOTO
Dünən, 09:48
Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI
4-08-2026, 15:49
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
4-08-2026, 15:17
Türkiyə XİN-dən Qara dənizdə ölkənin gəmilərinə edilən hücumlarla bağlı açıqlama
4-08-2026, 15:10
Kimlərə gələn aydan kompensasiya ödəniləcək?
4-08-2026, 15:08
Metroda qatarların hərəkət intervalı dəyişdiriləcək
4-08-2026, 14:30
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
4-08-2026, 14:11
"Nizami" - "28 May" arasında avtobuslar PULLU OLACAQ - RƏSMİ
4-08-2026, 13:42
İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ
4-08-2026, 13:39
ATƏT sədri: "Sülh sazişi hər iki ölkənin xalqı üçün faydalı olacaq"
4-08-2026, 13:30
Ceyhun Bayramov: "Qars-Iğdır-Dilucu layihəsinin inşası başa çatdırılır"
4-08-2026, 13:10
Ceyhun Bayramov: "110 İsveçrə şirkəti Azərbaycanda qeydiyyatdan keçib"
4-08-2026, 12:50
Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında geniş tərkibdə görüş keçirilib
4-08-2026, 12:43
Yayda təcili tibbi yardıma ən çox nə ilə bağlı müraciətlər edilir?
4-08-2026, 12:30
İlham Əliyev yeni icra başçısı təyin etdi
4-08-2026, 12:24
"Nizami" - "28 May" arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?