Metroda qatarların hərəkət intervalı dəyişdiriləcək
Cəmiyyət
4 avq 2026 | 15:08
"Bakı metropoliteni qatarların hərəkət intervalında da dəyişiklik edəcək".

Azerimedia.Az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, avqustun 15-dən "İçərişəhər" - "Əhmədli", noyabr ayından isə "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində qatarlar 2 dəqiqə 30 saniyə intervalla hərəkət edəcəklər:

"Bunun üçün "İçərişəhər" stansiyasında əlavə texniki və təşkilati tədbirlər görülüb. "Dərnəgül" - "Nizami" istiqamətində isə interval 3 dəqiqə 30 saniyə olacaq.

Xətlərin ayrılması layihəsinin təxminən 10-11 ay davam edəcəyi bildirilir. Layihə başa çatdıqdan sonra "yaşıl xətt" üzrə "Dərnəgül" - "Nizami" - "Cəfər Cabbarlı", "qırmızı xətt" üzrə isə "İçərişəhər" - "Həzi Aslanov" marşrutu ilə tam müstəqil hərəkət təşkil ediləcək.

Metroda yaranacaq dəyişiklikləri kompensasiya etmək məqsədilə yerüstü ictimai nəqliyyat gücləndiriləcək. İlkin mərhələdə 6 ekspres avtobus marşrutunun təşkili nəzərdə tutulur. Bu marşrutlar "yaşıl xətt" üzərində yerləşən əsas stansiyaları - "20 Yanvar", "Elmlər Akademiyası", "İnşaatçılar" və "Nizami" stansiyalarını "28 May", "Gənclik" və "Koroğlu" istiqamətləri ilə əlaqələndirəcək. Eyni zamanda mövcud avtobus marşrutlarına əlavə nəqliyyat vasitələri cəlb ediləcək.

Rəsmilər ekspres avtobusların ödənişli olacağını bildiriblər. Tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur və avtobuslardan qüvvədə olan ödəniş qaydaları ilə istifadə ediləcək".

Qeyd olunub ki, "28 May" - "Nizami" arasında birbaşa avtobus əlaqəsinin metrodakı sərnişin axınını tam əvəz etməsi texniki baxımdan mümkün deyil. Belə ki, bir metro qatarı təxminən 1600 sərnişin daşıyır və eyni həcmdə sərnişinin avtobuslarla daşınması üçün qısa müddətdə onlarla iri tutumlu avtobus tələb olunur. Mövcud yol infrastrukturu buna imkan vermədiyindən sərnişin axınının müxtəlif ekspres və müntəzəm avtobus marşrutları vasitəsilə bölüşdürülməsi planlaşdırılır.

B.Məmmədov deyib ki, ekspres avtobusların dəqiq marşrutları, dayanacaqları, hərəkət intervalları və digər təfərrüatlar barədə məlumatlar avqustun 15-dək ictimaiyyətə təqdim olunacaq.
Dünən, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Dünən, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Dünən, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
Dünən, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
Dünən, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
Dünən, 10:14
Dövlət universiteti işçilər axtarır
Dünən, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
Dünən, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
21-09-2026, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
21-09-2026, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
21-09-2026, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
21-09-2026, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
21-09-2026, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
21-09-2026, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
21-09-2026, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
21-09-2026, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
21-09-2026, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
21-09-2026, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
21-09-2026, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
21-09-2026, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
21-09-2026, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
21-09-2026, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
21-09-2026, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI