Zaqatalanın bəzi kəndlərinə ağır texnikalar cəlb olundu - SƏBƏB - FOTO
Bölgə
5 avq 2026 | 10:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə idarənin irihəcmli texnikaları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Azerimedia.Az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilib ki, hazırda Talaçayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və Yolayrıc kəndləri ərazilərində sahilbərkitmə işləri həyata keçirilir. Bununla yanaşı, Muxaxçayda Yuxarı Çardaxlar, Mamrux, Zəyəm, Çobankol və Suvagil kəndləri ərazilərində, Katexçayın sol sahilində Paşan kəndi ərazisində, həmçinin Bəkməzçayda Car və Axaxdərə kəndləri ərazilərində daşqın riski yüksək olan zonalarda məcratəmizləmə və sahilbərkitmə tədbirləri davam etdirilir. Görülən işlərin əsas məqsədi yaşayış məntəqələrinin, kənd təsərrüfatı sahələrinin və mühəndis-kommunikasiya infrastrukturlarının sel və daşqın sularının yaratdığı təhlükələrdən qorunmasını təmin etməkdir.

Məlumata əsasən, Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində əkin sahələrinin suvarılması, sel və daşqınlara qarşı mübarizə tədbirləri ilə yanaşı əhalinin keyfiyyətli içməli su təchizatını da həyata keçirir. Bu istiqamətdə də hazırda şəhər ərazisində mütəmadi işlər aparılır. İçməli suyun verilişində fasilələrin yaranmaması üçün baş verən qəzalar operativ şəkildə aradan qaldırılır. Bununla yanaşı son vaxtlar yağan intensiv yağışlar nəticəsində çaylara gələn sel suları içməli su mənbəsində də fəsadlar yaradıb ki, artıq bu fəsadların aradan qaldırılması istiqamətində də xeyli işlər görülüb.

Xatırladaq ki, iyulun əvvəllərində Şimal-qərb bölgəsində leysan xarakterli güclü yağışlar yağıb. Nəticədə dağ çaylarından sel keçib. Ətraf əraziləri sel sularından mühafizə etmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, çaylara ağır texnikalar yönləndirilib. Hazırda rayondan axan bütün dağ çayları nəzarətdə saxlanılır.





Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
28-09-2026, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
28-09-2026, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
28-09-2026, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
28-09-2026, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub