İqtisadiyyat naziri AYİB-nin illik toplantısı çərçivəsində sessiyalarda iştirak edib
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısında iştirak məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının açılış və plenar sessiyalarında iştirak edib. Səfər çərçivəsində iqtisadiyyat naziri "Oliver Wyman Group" şirkətinin sənaye üzrə qlobal rəhbəri ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bankın Müdirlər Şurasının açılış sessiyasında qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr və potensial imkanlar müzakirə olunub.
AYİB-nin illik toplantısı çərçivəsində, həmçinin Bankın Müdirlər Şurasının Plenar Sessiyası keçirilib. Sessiya zamanı AYİB-nin əməkdaşlıq etdiyi ölkələrə davamlı dəstəyi vurğulanıb. Qeyd olunub ki, ötən il AYİB üçün böyük investisiyalar və layihələrlə yadda qalıb ki, bu da Bankın beynəlxalq maliyyə sferasında artan təsirini nümayiş etdirir. AYİB ilə dövlət-özəl tərəfdaşlığının inkişafı, kiçik və orta müəssisələrə dəstəyin genişləndirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıq xüsusilə önəmlidir. Bununla yanaşı, Bankın qlobal iqtisadi artımın və yaşıl keçidin sürətlənməsinə təkan verən investisiyaları mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, Azərbaycan qlobal çağırışların həlli və yaşıl keçid prosesini inkişaf etdirmək məqsədlərinə sadiqdir. Ölkəmiz COP29-a ev sahibliyi etməklə qlobal liderlik nümayiş etdirib və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsini üç dəfə artırmaqla əlamətdar razılaşma əldə olunub. Bu razılaşma həmin ölkələr üçün iqlim maliyyəsinə görə 2035-ci ilə qədər hər il 300 milyard dollarlıq vəsaiti nəzərdə tutur.
Tədbirdə ölkəmizin beynəlxalq enerji və ticarət platformasında strateji rolu, təşəbbüsləri və bu sahələrdə əməkdaşlıq imkanları haqqında məlumat verilib.
Mikayıl Cabbarov "Oliver Wyman Group" şirkətinin sənaye üzrə qlobal rəhbəri Ted Moynihanla görüşüb. Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər biznes mühitində mövcud çağırışlar fonunda ölkə iqtisadiyyatında əlavə dəyərin və ixracın artırılması, investisiyaların cəlbi istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
17:06
"Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı çərçivəsində AYİB-in Müdirlər Şurasının plenar sessiyasında çıxış etməkdən məmnun olduq".
Bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"AYİB-in ölkələrə davamlı dəstəyini, qlobal iqtisadi artımın və yaşıl keçidin sürətlənməsinə təkan verən investisiyalarının əhəmiyyətini və gələcək fəaliyyət planının perspektivlərini vurğuladıq. Azərbaycanın beynəlxalq enerji və ticarət platformasında strateji rolunu, əlverişli mövqeyini və ortaq dəyərlərə sadiqliyini qeyd etdik. Etibarlı tərəfdaşımız olan AYİB-ə ölkəmizin iqtisadi inkişafına töhfələrinə və illik toplantının uğurla təşkil edilməsinə görə təşəkkür edirik".

Bu gün, 14:31
Azərbaycanda yeni cərimə təsdiqləndi - 7 min manat
Bu gün, 14:30
Azərbaycanın xarici dövlət borcu azalıb
Bu gün, 14:29
Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər
Bu gün, 14:28
Altı ayda işğaldan azad olunan ərazilərə xərclənən vəsaitin miqdarı AÇIQLANDI
Bu gün, 14:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ: Dalğa artacaq
Bu gün, 13:51
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:50
Prezident Qars və İstanbul şəhərlərindəki baş konsulları dəyişdi
Bu gün, 13:00
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar artıb
Bu gün, 12:52
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib - FOTO - VİDEO
Bu gün, 12:08
Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB - FOTO
Bu gün, 12:05
Zelenski ukraynalıları çox ağır qışa hazırlaşmağa çağırıb
Bu gün, 11:53
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
Bu gün, 11:33
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Bu gün, 11:14
Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır
Bu gün, 10:35
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Bu gün, 10:26
Bakıda və Abşeronda tozun miqdarı normadan iki dəfəyə yaxın artıqdır - RƏSMİ
Bu gün, 09:37
Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır
24-07-2026, 14:58
Azərbaycanda 11 dövlət qurumu ləğv olundu - SİYAHI
24-07-2026, 14:57
Xaçmaz və Xudatda yolların təmiri üçün milyonluq tender elan edildi
24-07-2026, 14:55
Azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətləri həyata keçirən müəssisələrin strukturu təsdiq edilib
24-07-2026, 14:54
Daşınmaz əmlak üzrə təhsil alanların DİQQƏTİNƏ
24-07-2026, 14:43
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
24-07-2026, 13:57
Prezident "Kraudfandinq haqqında" Qanunu TƏSDİQLƏDİ
24-07-2026, 13:44
Naxçıvanda internetlə bağlı layihə üçün 7 milyonluq tender elan edildi
24-07-2026, 13:30
Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM
24-07-2026, 13:29
Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu
24-07-2026, 13:16
"Space TV"nin bank hesablarına həbs qoyuldu