Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Cəmiyyət
24 iyl 2026 | 11:22
Azərbaycan Hərbi Hava Qüvvələrinin "MİQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından yeddi il ötür.

Azerimedia.Az xatırladır ki, Rəşad Saləddin oğlu Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub.

O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə üz tutub. O, 2006-cı ildə uçuş mühəndisi ixtisasına yiyələnərək həmin təhsil ocağını yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan beş nəfərdən biri olmağı bacarıb.

Pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında "Şahinlər" filmində iştirak edərək havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.

Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Bundan əlavə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz qartalı" birgə taktiki-uçuş təlimlərində iştirak edib.

2019-cu il iyul ayının 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus, Rəşad Atakişiyevin pilotu olduğu "MİQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində Rəşad Atakişiyev itkin düşüb.

Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.

Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.

Azərbaycan Müdafiə Nazirliyinin həmin il avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu tapılıb. 20 avqust tarixində isə pilotun nəşi tapılıb. Avqustun 21-də Rəşad Atakişiyev II Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

Ailəli olub. Vətənə yadigar iki övladı qalıb.
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
11-09-2026, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
11-09-2026, 14:00
Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”
11-09-2026, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
11-09-2026, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
11-09-2026, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
11-09-2026, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
11-09-2026, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?
10-09-2026, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
10-09-2026, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
10-09-2026, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
10-09-2026, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
10-09-2026, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
10-09-2026, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
10-09-2026, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
10-09-2026, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
10-09-2026, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
10-09-2026, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
10-09-2026, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək