Dövlət maaşı özəl sektora yaxınlaşır - 3 ildə 52% artım
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı hər il davamlı olaraq artır. Daha dəqiq desək, son 4 ildə ölkədə muzdla çalışan işçilərin sayı 5.7% və ya 95.2 min nəfər, son bir ildə isə 1.5% və ya 26 min nəfər artaraq 1 774.9 min nəfərə çatıb.
Azerimedia.Az xəbər verir ki, bu barədə MTM məlumat yayıb.
Son 4 ildə dövlət və özəl sektorda çalışan işçilərin sayına ayrı-ayrılıqda baxsaq, özəl sektorda çalışanların sayının sürətlə artdığına, dövlət sektorunda çalışanların sayının isə azaldığına şahid olarıq. Bu tendensiyanın səbəbləri kimi ölkəmizdə özəl sektorda əməkhaqqı məbləğinin daha yüksək olması və dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində işçilərin statusunun dəyişməsini göstərmək olar. Bundan başqa, dövlət müəssisələrində aparılan islahatlar da statistikaya təsir edən amillərdəndir.
Rəsmi rəqəmlərə əsasən, son 4 ildə ölkədə dövlət sektorunda çalışanların sayı 3.8% və ya 35.2 min nəfər azalıb. Bu müddətdə özəl sektorda çalışan işçilərin sayı isə 17.1% və ya 130.4 min nəfər artıb.
Son bir ildə dövlət sektorunda muzdla çalışan işçilərin sayı 2.2% və ya 19.7 min nəfər azalaraq 880.1 min nəfərə enib. Özəl sektorda çalışan işçilərin sayı isə son bir ildə 5.4% və ya 45.7 min nəfər artaraq 894.8 min nəfərə çatıb.
Aparılan təhlil zamanı məlum olub ki, cari ilin yanvar-mart aylarında ölkədə ortaaylıq əməkhaqqı məbləği 1 083.8 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% və ya 98.5 manat artım deməkdir.
Rəsmi rəqəmlərə əsasən, son illərdə ortaaylıq əməkhaqqı məbləği hər il ortalama olaraq 11% artır. Cari ilin I rübündə ortaaylıq əməkhaqqı məbləği 2021-ci ilin I rübü ilə müqayisədə 52% və ya 370.6 manat artaraq 1 000 manat səviyyəsini keçib.
Xatırladaq ki, 2021-ci ilin I rübündə ortaaylıq nominal əməkhaqqı məbləği 713.2 manat təşkil edirdi.
Ortaaylıq nominal əməkhaqqı məbləği hər zaman özəl sektorda daha yüksək olub. Lakin özəl sektorda olduğu kimi hər il dövlət sektorunda da ortaaylıq əməkhaqqı məbləği artır. Hətta hər il dövlət sektorunda ortaaylıq nominal əməkhaqqı məbləği özəl sektora münasibətdə daha çox artır.
Son bir ildə özəl sektorda ortaaylıq nominal əməkhaqqı məbləği 7.4% və ya 76.9 manat artaraq 1 115.6 manata, dövlət sektorunda isə 12.5% və ya 116.7 manat artaraq 1 053.1 manata çatıb.
Ümumilikdə son 4 ildə Azərbaycanda ortaaylıq nominal əməkhaqqı məbləği özəl sektor üzrə 37.7% və ya 305.6 manat, dövlət sektoru üzrə isə 65.9% və ya 418.5 manat artıb.
Dövlət və özəl sektorda çalışanların əməkhaqqı məbləği arasında fərqə baxsaq, hər ötən il bu fərqin sürətlə azaldığının şahidi olarıq. Daha dəqiq ifadə etsək, 2021-ci ilin I rübündə özəl sektorda çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı məbləği dövlət sektorunda çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı məbləğindən 27.64% çox idisə, cari ilin I rübündə bu fərq 5.93%-ə enib.

Bu gün, 14:31
Azərbaycanda yeni cərimə təsdiqləndi - 7 min manat
Bu gün, 14:30
Azərbaycanın xarici dövlət borcu azalıb
Bu gün, 14:29
Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər
Bu gün, 14:28
Altı ayda işğaldan azad olunan ərazilərə xərclənən vəsaitin miqdarı AÇIQLANDI
Bu gün, 14:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ: Dalğa artacaq
Bu gün, 13:51
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:50
Prezident Qars və İstanbul şəhərlərindəki baş konsulları dəyişdi
Bu gün, 13:00
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar artıb
Bu gün, 12:52
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib - FOTO - VİDEO
Bu gün, 12:08
Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB - FOTO
Bu gün, 12:05
Zelenski ukraynalıları çox ağır qışa hazırlaşmağa çağırıb
Bu gün, 11:53
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
Bu gün, 11:33
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Bu gün, 11:14
Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır
Bu gün, 10:35
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Bu gün, 10:26
Bakıda və Abşeronda tozun miqdarı normadan iki dəfəyə yaxın artıqdır - RƏSMİ
Bu gün, 09:37
Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır
24-07-2026, 14:58
Azərbaycanda 11 dövlət qurumu ləğv olundu - SİYAHI
24-07-2026, 14:57
Xaçmaz və Xudatda yolların təmiri üçün milyonluq tender elan edildi
24-07-2026, 14:55
Azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətləri həyata keçirən müəssisələrin strukturu təsdiq edilib
24-07-2026, 14:54
Daşınmaz əmlak üzrə təhsil alanların DİQQƏTİNƏ
24-07-2026, 14:43
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
24-07-2026, 13:57
Prezident "Kraudfandinq haqqında" Qanunu TƏSDİQLƏDİ
24-07-2026, 13:44
Naxçıvanda internetlə bağlı layihə üçün 7 milyonluq tender elan edildi
24-07-2026, 13:30
Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM
24-07-2026, 13:29
Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu
24-07-2026, 13:16
"Space TV"nin bank hesablarına həbs qoyuldu