Dövlət Neft Fondu BƏƏ şirkətinə 50 milyon dollar investisiya yatırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (AGPA) şirkətinə 50 milyon dollar həcmində investisiya yatırıb.
Azerimedia.az Fondun yaydığı məlumata istinadən xəbər verir ki, bu investisiya ARDNF-ın dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlar vasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraq həyata keçirilmiş və Fondun Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionu ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlib.
Sözügedən yatırım, “Lunate” şirkətinin özəl bazar investisiyaları üzrə dərin təcrübəsi və güclü əlaqələri vasitəsilə reallaşdırılıb ki, bu xüsusiyyətlər şirkətin müştəriləri üçün cəlbedici investisiyalar təqdim etməsinə imkan yaradır.
AGPA Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən mühüm enerji infrastrukturu obyektlərindən biridir və ölkənin enerji ekosisteminin dayanıqlı fəaliyyətində mühüm rol oynayır. AGPA və ADNOC arasında imzalanmış uzunmüddətli istifadə müqaviləsi qaz nəqli üçün təsbit edilmiş həcm əsasında davamlı və proqnozlaşdırılabilən gəlir axınını təmin edir. AGPA qlobal enerji bazarlarının qeyri-sabit dövrlərində belə stabil maliyyə və əməliyyat göstəricilərini qoruyub saxlayıb. Uzunluğu 982 kilometr təşkil edən AGPA şəbəkəsinə 38 boru kəməri daxildir ki, onlardan 12-si satış qazına, 15-i qaz injeksiyasına, 11-i isə maye qazın daşınmasına xidmət edir.
ARDNF-ın İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov bildirib: “AGPA uzunmüddətli perspektivdə yüksək gəlir potensialı ilə yanaşı strateji əhəmiyyətə malik yüksək keyfiyyətli infrastruktur aktividir. Biz “Lunate” şirkəti ilə əməkdaşlıqdan və Körfəz regionundakı fəaliyyətimizi daha da genişləndirən bu investisiya imkanından məmnunuq”.
“Lunate” şirkətinin baş tərəfdaşı Nabel Qadir : “ARDNF-a BƏƏ-nin enerji infrastrukturu üçün strateji əhəmiyyət kəsb edən ADNOC qaz kəmərlərinə investisiya imkanı təqdim etməkdən böyük məmnuniyyət hissi duyuruq. Bu yatırım “Lunate” şirkətinin müştəriləri və tərəfdaşları üçün qlobal və yerli bazarlarda fərdi yanaşma əsasında yüksək gəlir potensialına malik investisiya həlləri təqdim etmək bacarığını nümayiş etdirir”.

Bu gün, 13:51
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:50
Prezident Qars və İstanbul şəhərlərindəki baş konsulları dəyişdi
Bu gün, 11:53
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
Bu gün, 11:14
Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır
24-07-2026, 14:58
Azərbaycanda 11 dövlət qurumu ləğv olundu - SİYAHI
24-07-2026, 14:57
Xaçmaz və Xudatda yolların təmiri üçün milyonluq tender elan edildi
24-07-2026, 14:55
Azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətləri həyata keçirən müəssisələrin strukturu təsdiq edilib
24-07-2026, 14:54
Daşınmaz əmlak üzrə təhsil alanların DİQQƏTİNƏ
24-07-2026, 14:43
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
24-07-2026, 13:57
Prezident "Kraudfandinq haqqında" Qanunu TƏSDİQLƏDİ
24-07-2026, 13:44
Naxçıvanda internetlə bağlı layihə üçün 7 milyonluq tender elan edildi
24-07-2026, 13:30
Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM
24-07-2026, 13:29
Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu
24-07-2026, 13:16
"Space TV"nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 13:00
İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
24-07-2026, 12:49
Malayziya səfiri Dövlət Departamentinə çağırıldı - Vaşinqtonu narahat edən səbəb nədir?
24-07-2026, 12:38
Daha 65 ailənin yurd həsrəti bitdi: Xocalının beş kəndi sakinlərinə qovuşdu - FOTO
24-07-2026, 11:51
Təsərrüfat sahiblərinin NƏZƏRİNƏ - Yeni qayda TƏSDİQLƏNDİ
24-07-2026, 11:22
Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür
24-07-2026, 10:33
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:15
Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ
24-07-2026, 09:45
UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi
24-07-2026, 09:30
Azərbaycanda zəlzələ oldu
23-07-2026, 14:00
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
23-07-2026, 13:59
Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK
23-07-2026, 13:57
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
23-07-2026, 13:51
Qafanda İran və Ermənistan rəsmiləri görüşdülər: Yeni tərəfdaşlıq modeli axtarırlar - FOTO