Azərbaycanda qaz və işıq limiti ləğv edilir?
Azərbaycanda "Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb.
Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
“Elektroenergetika haqqında” qanuna dəyişikliyə əsasən isə sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edilir. Layihədə, həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənir.
Hər iki qanunla bağlı mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələr aparılıb. Bəziləri qanunların qüvvəyə minməsindən sonra qaz və işıqla bağlı limitlərin ləğv ediləcəyini iddia edir.
Xezerxeber.az-ın məlumatına görə, Modern.az-a açıqlamasında enerji məsələri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, dünyada belə bir təcrübə mövcuddur:
“Xüsusilə də, Qərbi Avropa ölkələrində çoxdan belə praktika özünü göstərir. Azərbaycan üçün də bu yad bir şey deyil. İnsanlar bunu şok kimi qəbul edirlər. Amma bu belə deyil. Ölkəmiz XXI əsrə qədəm qoyandan və yeni tikililər inşa edilməyə başlayandan 99% MTK-lar evdə yaşayıb-yaşamamağından asılı olmayaraq kirayə haqqı alırlar. Bunu bir ili üçün "Xruşşovka" və doqquz mərtəbəlilərdə yaşayan insanlar 35-40 manat illik mənzil kommunal təsərrüfatına pul ödəyirdisə, 1 ayına 30-100 manatı ürəklə verirdilər. Digər yandan deyirdilər ki, yaxşı yaşamaq istəyirsənsə, ödə. Qurtardı, getdi.
Bu məsələnin əsas hissəsi ondan ibarət olacaq ki, sabit tariflər hansı baxışla tətbiq ediləcək, bu evin kvadratındanmı, otaq sayındanmı asılı olacaq? Yaxud mənzillərin ümumi sayına bölünüb əmsal çıxarılacaq? Çünki hər bir binanın transformator, qaz paylacı sistemi var. Ona görə buna normal yanaşmaq lazımdır, faciə kimi yox".
Ekspert söyləyib ki, yeni qanun layihələrinin işıq və qaza tətbiq olunan limitlə bağlılığı yoxdur:
"30-50 manat sabit tarif verilməyəcək ki, onun içərisində hansı həddə istəyirsən istifadə et. Haradasa bunun qiyməti 1-2 manat olacaq. Kiçik bir şeydir. Xəttə qoşulmaq, abonent kimi saxlanılma haqqıdır. Onun istifadəyə heç bir dəxli yoxdur".
24-07-2026, 14:58
Azərbaycanda 11 dövlət qurumu ləğv olundu - SİYAHI
24-07-2026, 14:57
Xaçmaz və Xudatda yolların təmiri üçün milyonluq tender elan edildi
24-07-2026, 14:55
Azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətləri həyata keçirən müəssisələrin strukturu təsdiq edilib
24-07-2026, 14:54
Daşınmaz əmlak üzrə təhsil alanların DİQQƏTİNƏ
24-07-2026, 14:43
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
24-07-2026, 13:57
Prezident "Kraudfandinq haqqında" Qanunu TƏSDİQLƏDİ
24-07-2026, 13:44
Naxçıvanda internetlə bağlı layihə üçün 7 milyonluq tender elan edildi
24-07-2026, 13:30
Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM
24-07-2026, 13:29
Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu
24-07-2026, 13:16
"Space TV"nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 13:00
İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
24-07-2026, 12:49
Malayziya səfiri Dövlət Departamentinə çağırıldı - Vaşinqtonu narahat edən səbəb nədir?
24-07-2026, 12:38
Daha 65 ailənin yurd həsrəti bitdi: Xocalının beş kəndi sakinlərinə qovuşdu - FOTO
24-07-2026, 11:51
Təsərrüfat sahiblərinin NƏZƏRİNƏ - Yeni qayda TƏSDİQLƏNDİ
24-07-2026, 11:22
Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür
24-07-2026, 10:33
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:15
Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ
24-07-2026, 09:45
UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi
24-07-2026, 09:30
Azərbaycanda zəlzələ oldu
23-07-2026, 14:00
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
23-07-2026, 13:59
Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK
23-07-2026, 13:57
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
23-07-2026, 13:51
Qafanda İran və Ermənistan rəsmiləri görüşdülər: Yeni tərəfdaşlıq modeli axtarırlar - FOTO
23-07-2026, 13:22
Avropada qazın birja qiyməti 750 dolları ötdü
23-07-2026, 11:56
Yeni tədris ili üçün peşə təhsili üzrə QƏBUL PLANI açıqlandı - FOTO
23-07-2026, 11:32
Hövsan sakinləri boğaza yığılıblar: "Su yoxdur, gələndə də çirkli olur" - VİDEO
23-07-2026, 11:29
Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi açılacaq

