"Yaşayış minimumu haqqında" Qanun qəbul edildi: sosial yardım məbləği nə qədər artacaq?
İqtisadiyyat
23 iyn 2025 | 12:52
"Milli Məclis "Yaşayış minimumu haqqında" Qanunu qəbul etdi. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institusional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi".

Bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.



Deputat bildirib ki, yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq:

"Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək. Çünki o meyar nə qədər çox artırsa, dövlət büdcəsindən sosial yardıma o qədər çox vəsait ayrılır. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir".
Dünən, 13:11
Dünyanın gözü İslamabaddadır: İsrail isə başqa plan cızır
Dünən, 13:09
Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxır
Dünən, 13:07
Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir
Dünən, 13:05
Bakı metrosuna giriş bağlandı - YENİLƏNİB
Dünən, 13:03
Deputat: Qarabağ nə Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar əylənmək üçün gətirilən meymun...
Dünən, 12:33
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
Dünən, 12:15
Ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)
Dünən, 12:09
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO
Dünən, 12:07
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur - FOTO
Dünən, 12:06
Qarabağ”la “Sabah” da cərimələndi - SƏBƏB
Dünən, 12:04
Sumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO
Dünən, 11:58
Konstitusiya Məhkəməsindən "Hərbi xidmət keçməkdən boyun qaçırma" maddəsində dəyişikliklə bağlı TƏKLİF
Dünən, 11:02
Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI
Dünən, 10:44
Azərbaycandan Ermənistana dizel göndəriləcək
Dünən, 10:29
Azərbaycan nefti 6 dollardan çox BAHALAŞDI
Dünən, 10:23
Mart ayında əlilliyə görə sosial ödəniş alanların SAYI AÇIQLANDI
Dünən, 10:18
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? (VİDEO)
Dünən, 10:13
Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
Dünən, 10:12
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək
Dünən, 09:01
Bakıda NƏHƏNG LAYİHƏ: Metro xəttinin altından avtomobil yolu keçəcək
20-04-2026, 17:30
Ukraynadan gətirilən tonlarla toyuq məhsulunda qızdırmaya səbəb olan bakteriya aşkarlandı - FOTO
20-04-2026, 14:14
Pensiya alanlara şad xəbər!
20-04-2026, 14:10
Azərbaycanda 12 uşağa görün nə ad qoyulub
20-04-2026, 14:07
Hərbi vəzifəlilərlə təlim toplanışı başladı - FOTO
20-04-2026, 14:04
Kür çayında DAŞQIN: Zərdabın Təzəkənd ərazisini su basdı - VİDEO
20-04-2026, 13:52
Ceyhun Bayramov BMT-nin sessiyasına sədrlik etdi, prezidentin müraciətini səsləndirdi - FOTO
20-04-2026, 13:34
Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər? - FOTO