Beynəlxalq Valyuta Fondu Ukraynaya 500 milyon dollar kredit ayırıb
Ukrayna iqtisadiyyatında islahatlar və makroiqtisadi sabitlik istiqamətində atdığı addımlarla beynəlxalq maliyyə institutlarının etimadını qazanmaqda davam edir. Beynəlxalq Valyuta Fondu (IMF) daxili qiymətləndirmə prosesi nəticəsində Ukraynaya 500 milyon ABŞ dolları məbləğində əlavə kredit ayırdığını açıqlayıb.
“Spiegel” nəşri yazır ki, bu məbləğlə birlikdə IMF-in Ukraynaya dəstəyi çərçivəsində ümumi kredit həcmi 10,6 milyard dollara çatır. Yeni vəsaitin Ukrayna dövlət büdcəsinə birbaşa dəstək olaraq istifadə ediləcəyi bildirilir.
IMF-in məlumatında qeyd olunub ki, 2025-ci il üzrə Ukraynanın iqtisadi artım proqnozu əvvəlki kimi 2-3 faiz səviyyəsində saxlanılır. Bu, əsasən qaz hasilatının azalması və zəifləmiş kənd təsərrüfatı ixracı ilə əlaqələndirilir. Fond bildirib ki, Rusiyanın davam edən təcavüzü səbəbi ilə Ukraynanın əlavə dövlət büdcəsi tərtib etməsinə ehtiyac yaranacaq.
IMF direktorunun birinci müavini Gita Qopinat bildirib: “Rusiyanın müharibəsi Ukraynaya sosial və iqtisadi baxımdan ciddi zərbə vurmaqda davam edir. Buna baxmayaraq, hökumətin məqsədyönlü siyasəti və beynəlxalq dəstək sayəsində makroiqtisadi sabitliyi qorumaq mümkün olub.” O əlavə edib ki, Ukrayna iqtisadiyyatı davamlılıq nümayiş etdirib, lakin müharibə perspektivlərə mənfi təsir göstərir: “Əmək bazarındakı gərginliklər və enerji infrastrukturuna dəyən ziyan artımı məhdudlaşdırır”.
IMF-in qiymətləndirməsinə əsasən, Ukrayna nəzərdə tutulmuş bütün islahat və struktur hədəflərinə nail olub. Fond, həmçinin maliyyə bazarlarının sabitləşdirilməsi, beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi və qiymətli kağızlar bazarının qlobal normalara uyğunlaşdırılması məqsədilə yeni hədəflər müəyyən edib.
Bununla əlaqədar Ukraynaya bu islahatları həyata keçirmək üçün daha çox vaxt tanınıb. Ukrayna hökuməti də IMF-dən bu il üçün maliyyə yardımının bəzi hissələrinin daha uyğun zamana keçirilməsini xahiş edib. Bu dəyişikliklərin Ukraynanın 2025-ci ilin sonunadək ehtiyaclarına daha yaxşı uyğunlaşdırılması məqsədi daşıdığı bildirilir.

24-07-2026, 14:58
Azərbaycanda 11 dövlət qurumu ləğv olundu - SİYAHI
24-07-2026, 14:57
Xaçmaz və Xudatda yolların təmiri üçün milyonluq tender elan edildi
24-07-2026, 14:55
Azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətləri həyata keçirən müəssisələrin strukturu təsdiq edilib
24-07-2026, 14:54
Daşınmaz əmlak üzrə təhsil alanların DİQQƏTİNƏ
24-07-2026, 14:43
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
24-07-2026, 13:57
Prezident "Kraudfandinq haqqında" Qanunu TƏSDİQLƏDİ
24-07-2026, 13:44
Naxçıvanda internetlə bağlı layihə üçün 7 milyonluq tender elan edildi
24-07-2026, 13:30
Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM
24-07-2026, 13:29
Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu
24-07-2026, 13:16
"Space TV"nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 13:00
İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
24-07-2026, 12:49
Malayziya səfiri Dövlət Departamentinə çağırıldı - Vaşinqtonu narahat edən səbəb nədir?
24-07-2026, 12:38
Daha 65 ailənin yurd həsrəti bitdi: Xocalının beş kəndi sakinlərinə qovuşdu - FOTO
24-07-2026, 11:51
Təsərrüfat sahiblərinin NƏZƏRİNƏ - Yeni qayda TƏSDİQLƏNDİ
24-07-2026, 11:22
Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür
24-07-2026, 10:33
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:15
Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ
24-07-2026, 09:45
UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi
24-07-2026, 09:30
Azərbaycanda zəlzələ oldu
23-07-2026, 14:00
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
23-07-2026, 13:59
Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK
23-07-2026, 13:57
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
23-07-2026, 13:51
Qafanda İran və Ermənistan rəsmiləri görüşdülər: Yeni tərəfdaşlıq modeli axtarırlar - FOTO
23-07-2026, 13:22
Avropada qazın birja qiyməti 750 dolları ötdü
23-07-2026, 11:56
Yeni tədris ili üçün peşə təhsili üzrə QƏBUL PLANI açıqlandı - FOTO
23-07-2026, 11:32
Hövsan sakinləri boğaza yığılıblar: "Su yoxdur, gələndə də çirkli olur" - VİDEO
23-07-2026, 11:29
Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi açılacaq