Türkiyədə Azərbaycan qazının Suriyaya nəql olunma mərasimi keçirilib
İqtisadiyyat
2 avq 2025 | 15:07
Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib.

Mərasimdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına cari il aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında, qısa müddət ərzində start verilib. Nazir qeyd edib ki, bu layihə Suriyanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan və Türkiyə kimi iki qardaş ölkə arasında bütün sahələri, o cümlədən enerji sektorunu əhatə edən strateji tərəfdaşlıq məhz bu tarixi əhəmiyyətə malik layihənin də sürətli şəkildə reallaşdırılmasına şərait yaradıb. O əlavə edib ki, hər iki ölkə Suriyanın yenidən qurulması və inkişafına dəstək göstərmək istiqamətində birgə fəaliyyət göstərir və bu sahədə əhəmiyyətli addımlar atılır.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayının 14-ə çatdığını söyləyən nazir bildirib ki, SOCAR-ın planları daha böyükdür və hazırda SOCAR xaricdə qaz hasilatı layihələrində paylar əldə edərək şirkətə məxsus qazı yeni istehlakçı ölkələrə çatdırmağı planlaşdırır.

SOCAR-ın Müşahidə Şurasının sədri Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələrindən bəhs edərək, bu təşəbbüslərin ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malik olduğunu bildirib. Nazir qeyd edib ki, Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə ölkəmizin qaz ixracı coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcək.

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.

SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan SVOP (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib. Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.

A.Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib. İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində, həmçinin Türkiyə və Suriya nümayəndə heyətləri ilə ikitərəfli görüşlər təşkil olunub. Görüşlərdə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







24-07-2026, 14:58
Azərbaycanda 11 dövlət qurumu ləğv olundu - SİYAHI
24-07-2026, 14:57
Xaçmaz və Xudatda yolların təmiri üçün milyonluq tender elan edildi
24-07-2026, 14:55
Azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətləri həyata keçirən müəssisələrin strukturu təsdiq edilib
24-07-2026, 14:54
Daşınmaz əmlak üzrə təhsil alanların DİQQƏTİNƏ
24-07-2026, 14:43
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
24-07-2026, 13:57
Prezident "Kraudfandinq haqqında" Qanunu TƏSDİQLƏDİ
24-07-2026, 13:44
Naxçıvanda internetlə bağlı layihə üçün 7 milyonluq tender elan edildi
24-07-2026, 13:30
Prezidentdən Rəşad Aslanovla bağlı İKİ SƏRƏNCAM
24-07-2026, 13:29
Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu
24-07-2026, 13:16
"Space TV"nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 13:00
İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
24-07-2026, 12:49
Malayziya səfiri Dövlət Departamentinə çağırıldı - Vaşinqtonu narahat edən səbəb nədir?
24-07-2026, 12:38
Daha 65 ailənin yurd həsrəti bitdi: Xocalının beş kəndi sakinlərinə qovuşdu - FOTO
24-07-2026, 11:51
Təsərrüfat sahiblərinin NƏZƏRİNƏ - Yeni qayda TƏSDİQLƏNDİ
24-07-2026, 11:22
Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür
24-07-2026, 10:33
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:15
Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ
24-07-2026, 09:45
UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi
24-07-2026, 09:30
Azərbaycanda zəlzələ oldu
23-07-2026, 14:00
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
23-07-2026, 13:59
Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK
23-07-2026, 13:57
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
23-07-2026, 13:51
Qafanda İran və Ermənistan rəsmiləri görüşdülər: Yeni tərəfdaşlıq modeli axtarırlar - FOTO
23-07-2026, 13:22
Avropada qazın birja qiyməti 750 dolları ötdü
23-07-2026, 11:56
Yeni tədris ili üçün peşə təhsili üzrə QƏBUL PLANI açıqlandı - FOTO
23-07-2026, 11:32
Hövsan sakinləri boğaza yığılıblar: "Su yoxdur, gələndə də çirkli olur" - VİDEO
23-07-2026, 11:29
Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi açılacaq