Sahil Babayev: "Strateji valyuta ehtiyatlarımız 82,5 milyard dollara çatıb"
İqtisadiyyat / Müsahibə
19 noy 2025 | 12:34
Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir. Bu qələbə Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər edilməsi nəticəsində əldə olunub. Bu gün təqdim edilən büdcə layihəsi də məhz Zəfərdən rifah cəmiyyətinə aparan inkişaf strategiyasının maliyyə təminatıdır".

Azerimedia.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ilin büdcə layihəsi tarixi Zəfərə gətirib çıxaran yolun davamı kimi təqdim olunur:

"Uzunmüddətli makroiqtisadi dayanıqlılığın əsas şərtlərindən olan strateji valyuta ehtiyatlarının 82.5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6%-nə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də qiymətləndirilir və "Fitch"dən sonra "Moody`s" agentliyi də bu il Azərbaycanın suveren kredit reytinqini investisiya dərəcəsinə yüksəltdi".

S.Babayev əlavə edib ki, dövlətin artan imkanları sosial təminatın gücləndirilməsinə və ölkəmizin sosial rifah dövləti mövqeyinin möhkəmlənməsinə şərait yaradıb:

"Ölkə başçısının təşəbbüsləri nəticəsində 2025-ci ildə beşinci sosial islahat paketi reallaşdırıldı, minimum əməkhaqqı, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar Prezidentin əhalinin, xüsusilə sosial həssas qruplara aid vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına göstərdiyi diqqətin növbəti təzahürüdür".
Dünən, 16:40
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər - FOTO
Dünən, 16:31
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Dünən, 15:33
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
Dünən, 15:30
Bakı metrosunda iş rejimi dəyişdirilir
Dünən, 14:32
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:30
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
Dünən, 13:24
Ankarada helikopter qəzaya uğradı - Yaralılar var
Dünən, 13:08
Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
Dünən, 12:59
Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
Dünən, 12:56
Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
Dünən, 12:30
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
Dünən, 12:05
Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord
Dünən, 11:00
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
Dünən, 10:36
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Dünən, 09:21
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
Dünən, 09:02
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
21-07-2026, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
21-07-2026, 18:00
Rusiya ordusu Ukraynada bir qəsəbəni nəzarətə götürüb
21-07-2026, 17:41
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
21-07-2026, 17:40
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"
21-07-2026, 17:35
Qızıl və gümüş bahalaşdı
21-07-2026, 17:22
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
21-07-2026, 16:50
Almaniya kansleri: "Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir"
21-07-2026, 16:49
Prezident: "Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir"
21-07-2026, 16:36
"Qış Parkı" yeraltı parklanma ərazisi "Parkzone" sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
21-07-2026, 16:30
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
21-07-2026, 15:25
İlham Əliyev ilə Fridrix Mertsin təkbətək görüşü keçirilib