Vüqar Bayramov: "28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna səkkiz milyard dollardan çox ziyan dəyib"
İqtisadiyyat
1 dek 2025 | 10:37
Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonu Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Azərbaycana təhvil verildi. 28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna səkkiz milyard dollardan çox ziyan dəyib. Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur".

Azerimedia.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.



Deputat bildirib ki, 30 illik Ermənistan işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə yenidən qurulur və inkişaf edir:

Vüqar Bayramov: 28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna səkkiz milyard dollardan çox ziyan dəyib

"Zəfərdən keçən qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda intensiv məskunlaşmaya start verildi. Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması planlaşdırılır.

Bərpa və quruculuq mərhələsinə qədəm qoyan Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənaye üzrə istehsalın təşkili mümkündür. Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan üç civə, ehtiyatları 4.457 mln ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, mişardaşı istehsalına yararlı iki tuf, iki əlvan bəzəkdaşı, vulkan külü və digər təbii sərvətləri var. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu.

Çoxsaylı təbii ehtiyatları ilə yanaşı, Laçın, həmçinin böyük aqrar və turizm potensialına malikdir. Bu isə o deməkdir ki, tezliklə Laçın nəinki Şərqi Zəngəzurda, bütövlükdə ölkəmizdə iqtisadi gücünə görə seçilən rayonlarımızdan olacaq".
Bu gün, 16:40
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər - FOTO
Bu gün, 16:31
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Bu gün, 15:33
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
Bu gün, 15:30
Bakı metrosunda iş rejimi dəyişdirilir
Bu gün, 14:32
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Bu gün, 14:30
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
Bu gün, 13:24
Ankarada helikopter qəzaya uğradı - Yaralılar var
Bu gün, 13:08
Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
Bu gün, 12:59
Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
Bu gün, 12:56
Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
Bu gün, 12:30
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
Bu gün, 12:05
Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord
Bu gün, 11:00
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
Bu gün, 10:36
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün, 09:21
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
Bu gün, 09:02
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
Dünən, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Dünən, 18:00
Rusiya ordusu Ukraynada bir qəsəbəni nəzarətə götürüb
Dünən, 17:41
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Dünən, 17:40
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"
Dünən, 17:35
Qızıl və gümüş bahalaşdı
Dünən, 17:22
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 16:50
Almaniya kansleri: "Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir"
Dünən, 16:49
Prezident: "Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir"
Dünən, 16:36
"Qış Parkı" yeraltı parklanma ərazisi "Parkzone" sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
Dünən, 16:30
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
Dünən, 15:25
İlham Əliyev ilə Fridrix Mertsin təkbətək görüşü keçirilib