Xəzər Dəniz Gəmiçiliyinin 158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı
İqtisadiyyat
7 yan 2026 | 09:54
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 31 dekabr 2024-cü il tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatında istiqrazlarla bağlı mühüm məqamlar açıqlanıb.

Azerimedia.Az maliyyə hesabatına istinadən xəbər verir ki, 12 mart 2024-cü il tarixində QSC Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, ümumi nəzarətdə olan müəssisə tərəfindən buraxılmış 158 milyon manat dəyərində istiqrazlar əldə edib. İlkin tanınma zamanı istiqrazlar ədalətli dəyərlə uçota alınıb və ədalətli dəyərlə balans dəyəri arasındakı 55 milyon 583 min manat məbləğində fərq əməliyyatın ümumi nəzarətdə olan müəssisə ilə və hökumətin göstərişi əsasında həyata keçirilməsi səbəbindən birbaşa kapitalda tanınıb.

İstiqrazların ədalətli dəyərinin müəyyən edilməsi zamanı emitentin maliyyə əmsalları və likvidliyi nəzərə alınmaqla ehtimal olunan CCC+ kredit reytinqi əsas götürülüb və bazar gəlirliliyi 17.01 faiz səviyyəsində qiymətləndirilib. Hesablamada istifadə edilən diskont dərəcəsi (gələcəkdə əldə olunacaq pul vəsaitlərinin bugünkü dəyərini hesablamaq üçün istifadə olunan faiz dərəcəsi) rəhbərliyin təxminindən 1 faiz yüksək və ya aşağı olsaydı, istiqrazların ədalətli dəyəri müvafiq olaraq 2 milyon 926 min manat azalacaq və ya 3 milyon 44 min manat artacaqdı.

Hesabat tarixinə QSC rəhbərliyi istiqrazların ilkin tanınma tarixindən etibarən kredit riskində əhəmiyyətli artımın olub-olmadığını qiymətləndirib. Müqavilə üzrə ödənişlərdə gecikmələr və emitentin maliyyə göstəricilərinin davamlı pisləşməsi nəzərə alınaraq, istiqrazlar kredit üzrə dəyərsizləşmiş aktiv kimi qiymətləndirilib və 3-cü mərhələyə (iqtisadi ədəbiyyatda defolt mərhələsi kimi xarakterizə olunur) keçirilib.

Nəticədə, "GKZ Moody`s"in illik defolt araşdırmasına əsasən, emitent üçün 100 faiz defolt ehtimalı qəbul olunub. Defolt halında zərər göstəricisi nəzərə alınmaqla hesablanan 69 milyon 623 min manat məbləğində dəyərsizləşmə zərəri, ümumi nəzarətdə olan müəssisələr arasında aparılan əməliyyatlara uyğun olaraq, birbaşa kapitalda tanınıb.

Hesabatda 158 milyon manat dəyərində istiqrazı alınan müəssisənin adına aydınlıq gətirilməyib.
Bu gün, 16:40
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər - FOTO
Bu gün, 16:31
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Bu gün, 15:33
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
Bu gün, 15:30
Bakı metrosunda iş rejimi dəyişdirilir
Bu gün, 14:32
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Bu gün, 14:30
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
Bu gün, 13:24
Ankarada helikopter qəzaya uğradı - Yaralılar var
Bu gün, 13:08
Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
Bu gün, 12:59
Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
Bu gün, 12:56
Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
Bu gün, 12:30
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
Bu gün, 12:05
Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord
Bu gün, 11:00
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
Bu gün, 10:36
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün, 09:21
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
Bu gün, 09:02
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
Dünən, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Dünən, 18:00
Rusiya ordusu Ukraynada bir qəsəbəni nəzarətə götürüb
Dünən, 17:41
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Dünən, 17:40
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"
Dünən, 17:35
Qızıl və gümüş bahalaşdı
Dünən, 17:22
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 16:50
Almaniya kansleri: "Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir"
Dünən, 16:49
Prezident: "Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir"
Dünən, 16:36
"Qış Parkı" yeraltı parklanma ərazisi "Parkzone" sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
Dünən, 16:30
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
Dünən, 15:25
İlham Əliyev ilə Fridrix Mertsin təkbətək görüşü keçirilib