Ötən il Azərbaycanda neçə faiz inflyasiya olub?
İqtisadiyyat
14 yan 2026 | 15:20
Ötən il Azərbaycanda istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artıb.

Azerimedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, dekabr ayında istehlak qiymətləri 2024-cü ilin eyni ayına nisbətən 5,2 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artıb.

Ötən ay istehlak qiymətləri noyabr ayına nisbətən 0,8 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri bir ayda 1,4 % artıb.

Dekabrda ayrı-ayrı qida məhsullarından daha çox artım manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, azalma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri noyabr ayına nisbətən 0,2 % artıb. Qeyri-qida mallarından daha çox artım geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, azalma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə noyabra nisbətən 0,3 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu gün, 13:24
Ankarada helikopter qəzaya uğradı - Yaralılar var
Bu gün, 13:08
Hikmət Hacıyev: "Mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır" - FOTO
Bu gün, 12:59
Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
Bu gün, 12:56
Tofiq Mirzəyevin vəsiyyəti yerinə yetirilmədi: Niyə İsraildə dəfn olunur?
Bu gün, 12:30
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
Bu gün, 12:05
Avropa İttifaqının 16 ölkəsində dövlət borcu üzrə tarixi rekord
Bu gün, 11:00
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
Bu gün, 09:21
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
Bu gün, 09:02
Sürü halında gəzən küçə itləri, ilanlar... - Qobustan sakinləri qorxu içində yaşayırlar - VİDEO
Dünən, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Dünən, 18:00
Rusiya ordusu Ukraynada bir qəsəbəni nəzarətə götürüb
Dünən, 17:41
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Dünən, 17:40
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"
Dünən, 17:35
Qızıl və gümüş bahalaşdı
Dünən, 17:22
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 16:50
Almaniya kansleri: "Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir"
Dünən, 16:49
Prezident: "Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir"
Dünən, 16:36
"Qış Parkı" yeraltı parklanma ərazisi "Parkzone" sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
Dünən, 16:30
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
Dünən, 15:25
İlham Əliyev ilə Fridrix Mertsin təkbətək görüşü keçirilib
Dünən, 15:24
Şamaxını iki rayonla birləşdirən yeganə yol çökdü
Dünən, 15:02
Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar
Dünən, 14:30
Kəlbəcərdə mina PARTLADI: XƏSARƏT ALAN VAR
Dünən, 14:26
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib - FOTO - VİDEO
Dünən, 14:11
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEO
Dünən, 14:04
Jurnalistika ixtisasını seçənlərin NƏZƏRİNƏ: DƏYİŞİKLİK EDİLDİ
Dünən, 13:05
İşəgötürənlərin NƏZƏRİNƏ: "İşçi xəbər verməmişdi" bəhanəsi keçərsizdir"