Bu ərazilərdə mənzillər BAHALAŞIR
İqtisadiyyat
4 apr 2026 | 13:53
Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir.

Aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir.

Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 260 qəzalı bina mövcuddur. Qəzalı tikililərin böyük əksəriyyəti paytaxtın payına düşür. Belə ki, Bakıda 228, Sumqayıtda 21, Gəncədə isə 11 qəzalı bina qeydə alınıb.

Paytaxt Bakıda söküntülərin aparılacağı ərazilər artıq müəyyənləşib.

Qəzalı binalar Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarını əhatə edir. Bu binalar mərhələli şəkildə söküləcək, onların yerində isə şəhərsalma tələblərinə uyğun olaraq yaşıllıq zolaqları, parklar, yol infrastrukturu və yeni yaşayış binaları salınacaq.

Qeyd edək ki, proses təkcə təhlükəsizlik məqsədi daşımır, eyni zamanda şəhərlərin ümumi görünüşünün yaxşılaşdırılması və müasir urbanizasiya standartlarına uyğunlaşdırılması hədəflənir. Söküntü və yenidənqurma işlərinin yaxın gələcəkdə başlanması gözlənilir. Hazırda paytaxtın müəyyən ərazilərində aparılan söküntü zamanı əhaliyə 2700 AZN-dək kompensasiya təklif olunur.

Söküntü aparılacaq ərazilərdə yaşayan sakinlərin köçürülməsi və sosial məsələlərlə bağlı qərarların da aidiyyəti qurumlar tərəfindən mərhələli şəkildə açıqlanacağı bildirilir.

Bu layihə təbii ki, daşınmaz əmlak bazarındakı qiymətlərə təsirsiz qalmayacaq.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, bu layihənin icrası daşınmaz əmlak bazarındakı qiymətlərə birbaşa təsir göstərir:

"Bu cür layihələrin icrası ilk növbədə kirayə mənzil bazarına təsir edir. Çünki sökülən evlərin yerəndə çox zaman yeni binalar inşa edilir. Belə vəziyyətdə evləri sökülən sakinlər müəyyən müddətdə haradasa kirayə qalmaq məcburiyyətində qalırlar. Üstəlik, kirayə haqqını tikinti şirkəti ödədiyi üçün sakinlər bu işə həvəslə gedirlər.


Yox, əgər sökülən evlərin yenində infrastruktur layihə həyata keçirilirsə, o zaman vətəndaşa birdəfəlik kompensasiya məbləği ödənilir. Belə hallarda isə vətəndaş birbaşa mənzillərin satış seqmentinə müraciət edir. Ona görə də bütün variantlarda söküntülər həm kirayə, həm də satış seqmentinə birbaşa təsir edir. Təbii ki, müraciətlərin sayı artdıqca daşınmaz əmlak bazarında qiymətlər də yüksəlir".


Müsahibimiz onu da qeyd edib ki, bu layihənin icrası müəyyən vaxt aparacaq:

"Həm investorların tapılması, həm də dövlət büdcəsindən ayırmalar müəyyən bir dövr tələb edir. Bütün hallarda 260 ünvanda növbəlilik əsasında söküntü işlərinə başlanılacaq. Prosesə bu il başlanılaca və bununla əlaqədar olaraq sənəddə adı qeyd olunan şəhərlərdə qiymət artımı gözlənilir. İlkin ehtimallara görə daşınmaz əmlak bazarında 10-15 faiz arasında bahalaşma proqnozlaşdırılır".

Qiymət artımı nə vaxtadək davam edəcək?

"Reallıq ondan ibarətdir ki, daşınmaz əmlak bazarında qiymət artımı ən azı 2030-cu ilə qədər davam edəcək. Səbəb də odur ki, investisiya cazibədarlığı baxımından daşınmaz əmlak bazarı alternativsizdir. Əgər yaxın 5 ildə alternativ investisiya alətləri - birjalar, qiymətli kağızlar bazarı formalaşarsa, o zaman mənzil bazarında qiymətlər sabitləşə bilər", - Vüqar Oruc əlavə edib
Bu gün, 11:07
Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür
Bu gün, 11:07
Vəkil olmaq istəyənlərin nəzərinə
Bu gün, 11:00
Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır
Bu gün, 10:55
Abituriyentlərin NƏZƏRİNƏ: DİM-in sınaq imtahanına qeydiyyat bu gün BAŞA ÇATIR
Bu gün, 10:34
Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Bu gün, 10:01
Bakıda sərnişin sıxlığını azaltmaq üçün xətlərə ƏLAVƏ AVTOBUSLAR buraxılıb
Bu gün, 09:03
Zaqatalada 11 mindən çox abonentin qazı kəsiləcək
Dünən, 13:11
Dünyanın gözü İslamabaddadır: İsrail isə başqa plan cızır
Dünən, 13:09
Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxır
Dünən, 13:07
Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir
Dünən, 13:05
Bakı metrosuna giriş bağlandı - YENİLƏNİB
Dünən, 13:03
Deputat: Qarabağ nə Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar əylənmək üçün gətirilən meymun...
Dünən, 12:33
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
Dünən, 12:15
Ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)
Dünən, 12:09
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO
Dünən, 12:07
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur - FOTO
Dünən, 12:06
Qarabağ”la “Sabah” da cərimələndi - SƏBƏB
Dünən, 12:04
Sumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO
Dünən, 11:58
Konstitusiya Məhkəməsindən "Hərbi xidmət keçməkdən boyun qaçırma" maddəsində dəyişikliklə bağlı TƏKLİF
Dünən, 11:02
Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI
Dünən, 10:44
Azərbaycandan Ermənistana dizel göndəriləcək
Dünən, 10:29
Azərbaycan nefti 6 dollardan çox BAHALAŞDI
Dünən, 10:23
Mart ayında əlilliyə görə sosial ödəniş alanların SAYI AÇIQLANDI
Dünən, 10:18
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? (VİDEO)
Dünən, 10:13
Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
Dünən, 10:12
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək
Dünən, 09:01
Bakıda NƏHƏNG LAYİHƏ: Metro xəttinin altından avtomobil yolu keçəcək