Büdcə icrası və layihəsi üzrə uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat
13 apr 2026 | 10:44
Azərbaycanda büdcə icrası və layihəsi üzrə 299.1 milyon manatlıq uyğunsuzluq aşkarlanıb.

Azerimedia.az xəbər verir ki, bu, Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əskini tapıb.

Qeyd olunub ki, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6.8 milyon manat təşkil edib.

Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2.4 milyon manat olub.

Eyni zamanda, ləğv edilmiş hüquqi aktlara görə tutulmuş dövlət rüsumlarının məbləği 5.3 milyon manat göstərilib, bölgüsü aparılmamış xərclərin təyinatı üzrə istifadə edilməməsi və ya uyğun olmayan istiqamətlərə yönəldilməsi isə 45 milyon manat təşkil edib.

2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy üzrə hesablamalarda da uyğunsuzluqlar müəyyənləşib. Xərclərin vahid büdcə təsnifatına uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluqlar 236.3 milyon manat olub. Bundan əlavə, layihəyə təsir edən uyğunsuzluq məbləği 160.4 milyon manat təşkil edib.

İqtisadi təsnifat üzrə icmal büdcə xərclərində uçota alınan ümumi uyğunsuzluq məbləği isə 299.1 milyon manat göstərilib.

Büdcə prosesi üzrə ümumilikdə 136 tövsiyə verilib. Onlardan 60-ı 2024-cü ilin dövlət büdcəsinin icrasına, 7-si Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrasına, 38-i 2026-cı ilin dövlət büdcəsinin layihəsinə, 11-i İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsinin layihəsinə, 12-si DSMF-nin 2026-cı il büdcəsinin layihəsinə, 8-i isə Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy üzrə təqdim edilib.
Dünən, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Dünən, 18:00
Rusiya ordusu Ukraynada bir qəsəbəni nəzarətə götürüb
Dünən, 17:41
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Dünən, 17:40
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"
Dünən, 17:35
Qızıl və gümüş bahalaşdı
Dünən, 17:22
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 16:50
Almaniya kansleri: "Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir"
Dünən, 16:49
Prezident: "Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir"
Dünən, 16:36
"Qış Parkı" yeraltı parklanma ərazisi "Parkzone" sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
Dünən, 16:30
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
Dünən, 15:25
İlham Əliyev ilə Fridrix Mertsin təkbətək görüşü keçirilib
Dünən, 15:24
Şamaxını iki rayonla birləşdirən yeganə yol çökdü
Dünən, 15:02
Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar
Dünən, 14:30
Kəlbəcərdə mina PARTLADI: XƏSARƏT ALAN VAR
Dünən, 14:26
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib - FOTO - VİDEO
Dünən, 14:11
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEO
Dünən, 14:04
Jurnalistika ixtisasını seçənlərin NƏZƏRİNƏ: DƏYİŞİKLİK EDİLDİ
Dünən, 13:05
İşəgötürənlərin NƏZƏRİNƏ: "İşçi xəbər verməmişdi" bəhanəsi keçərsizdir"
Dünən, 11:53
Yeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadıldı
Dünən, 11:50
Əfqanıstanda daşqın fəlakəti: Azı 20 nəfər ölüb, yüzdən çox insan itkin düşüb - VİDEO
Dünən, 11:43
Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq
Dünən, 11:24
Çin və Filippin arasında gərginlik: Rəsmi Pekin səfiri XİN-ə çağırdı
Dünən, 11:15
Azərbaycanda əhalinin gəlirləri ARTIB - RƏSMİ
Dünən, 11:07
İlham Əliyev Kral Filipi təbrik etdi
Dünən, 10:59
"Sultan Həsən Bahadur" filminin təqdimatı olub - FOTO - VİDEO
Dünən, 10:23
Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
Dünən, 10:10
Azərbaycanda əhalinin sayı artıb