"Xaçmaz KOB evi"nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb
İqtisadiyyat
22 may 2026 | 14:22
Xudat şəhəri və ətraf ərazilərdə kənd təsərrüfatı və aqrobiznes fəaliyyəti ilə məşğul olan sahibkarların işi daha da asanlaşacaq.

Azerimedia.Az xəbər verir ki, sahibkarların dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, regionlarda xidmətlərin əlçatanlığının artırılması və aqrar sahədə fəaliyyət göstərən fermerlərin müraciət prosesinin daha da asanlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi də genişləndirilir.

"Xaçmaz KOB evi"nin Xudat Xidmət Mərkəzində ("Foodcity Aqroparkı"nda) Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb. Məqsəd aqrar sahədə fəaliyyət göstərən sahibkarlara operativ, şəffaf və əlçatan xidmət göstərmək, subsidiya mexanizmləri üzrə müraciət prosesini sürətləndirmək və fermerlərin bu sahədə məlumatlandırılmasını genişləndirməkdir. Xidmət masası tərəfindən kənd təsərrüfatı subsidiyalarına dair müraciətlərin qəbulu, aidiyyəti istiqamətlər üzrə ilkin məlumatlandırma və digər dəstək xidmətləri göstəriləcək.

Bu, Xudat şəhəri və ətraf ərazilərdə yaşayan kənd təsərrüfatı və aqrobiznes fəaliyyəti ilə məşğul olan sahibkarların işini asanlaşdıracaq. Belə ki, vətəndaşlar və fermerlər subsidiya xidmətləri ilə bağlı müraciətlərini rayon mərkəzlərinə getmədən birbaşa Xudat şəhərində həyata keçirə biləcəklər. Bu isə regionlarda fəaliyyət göstərən fermer və sahibkarların vaxt itkisini minimuma endirməklə yanaşı, dövlət xidmətlərindən istifadənin daha rahat və çevik şəkildə təşkilinə imkan verəcək.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında "Xaçmaz KOB evi"nin Xudat Xidmət Mərkəzi tərəfindən sahibkarlara 18 minə yaxın xidmət göstərilib.

Hazırda KOB evləri Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox "G2B" və 13 özəl təşkilat tərəfindən 160 "B2B" xidmət təqdim olunur.
3-09-2026, 14:16
3 uşağı olan ailələrə şad xəbər - müavinət verilə bilər
3-09-2026, 14:14
Tramp-Si görüşünün şifrələri: Tayvan, İran, ticarət savaşı, süni intellekt
3-09-2026, 14:10
ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
3-09-2026, 14:05
Türkiyədə anbar ərazisində güclü yanğın baş verib - FOTO - VİDEO
3-09-2026, 14:00
Bu gündən Azərbaycanda yeni qaydalar qüvvəyə mindi
3-09-2026, 13:08
Alen Simonyan Bakıya səfər edəcək?
3-09-2026, 12:50
Ermənistan tələyə düşüb, “peşka” rolunu oynayır - Danielyan
3-09-2026, 12:40
Əhməd Davudoğluya qarşı istintaq başladıldı
3-09-2026, 12:00
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar - FOTO
3-09-2026, 11:41
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb
3-09-2026, 11:18
Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib
3-09-2026, 11:08
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO
3-09-2026, 10:30
İrana qarşı hərbi əməliyyatlar 2027-ci ilədək uzana bilər
3-09-2026, 10:20
Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
3-09-2026, 09:30
Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
2-09-2026, 10:42
Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
2-09-2026, 10:14
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
2-09-2026, 09:46
Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM
2-09-2026, 09:30
Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR
1-09-2026, 14:00
Sahibə Qafarova bu vəzifəyə namizəd oldu
1-09-2026, 13:59
Bakıda ev almağın ən sərfəli yolu budur
1-09-2026, 13:57
TƏBİB-in tabeliyindəki bu qurumda yeni təyinatlar olub
1-09-2026, 13:53
Xaçmazın kəndinə sel gəlib - VİDEO
1-09-2026, 12:46
7568,9 hektar ərazi minalardan təmizlənib
1-09-2026, 12:24
89 uşaq övladlığa verilib
1-09-2026, 12:03
Deputatlar tətildən qayıtdı - İndi nə edəcəklər?
1-09-2026, 11:28
Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO