bp rəsmisi: "Bakının yeni Hyustona çevrilmək potensialı var"
Heç bir şirkət güclü dövlət tərəfdaşlığı olmadan, yeni kapital olmadan, texnologiya olmadan, sübut olunmuş icra təcrübəsi olmadan və təchizat zənciri ilə möhkəm əlaqələr olmadan uğur qazana bilməz. Buna görə də dərin və səmərəli əməkdaşlıq həlledici əhəmiyyət daşıyır".
Azerimedia.Az xəbər verir ki, bu fikirləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə deyib.
O, Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının potensialından da danışıb:
"Beynəlxalq müqayisəli göstəricilərə baxdıqda AÇG kimi nəhəng neft yataqlarında hasilatın təbii azalması, adətən, ildə təxminən 8 faiz təşkil edir. AÇG-də isə bu göstərici təxminən 3 faizdir. Yəni nəticələr daha yaxşıdır. Buna necə nail oluruq? İlk növbədə, texnologiya hesabına".
"Hazırda biz 4D seysmik tədqiqatlar aparırıq. Bu, mayelərin yataq daxilində hərəkətini izləməyə imkan verən genişmiqyaslı seysmik proqramdır. Bu, regionun ən böyük seysmik kampaniyalarından biridir. Bəs əldə olunan məlumatlarla nə edirik? Bir neçə şirkətlə əməkdaşlıq edərək Azərbaycanda yeni bir şirkətin formalaşmasına dəstək vermişik. Bu, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətdir. Onlar seysmik məlumatların emalı, səs-küyün təmizlənməsi və məlumat keyfiyyətinin artırılması üzrə ixtisaslaşıblar. Bu gün həmin şirkət Azərbaycanda yerləşsə də, xidmətlərini beynəlxalq bazarlara da təqdim edir. Bu, yalnız neft və qaz hasilatı deyil, eyni zamanda, yeni bacarıqların və imkanların yaradılması deməkdir.
Eyni şirkətin və süni intellekt texnologiyalarının köməyi ilə iş proseslərini də optimallaşdırmaq mümkündür. Məsələn, yeni quyunun planlaşdırılması zamanı çoxsaylı mərhələlərdən keçilir. Süni intellekt tətbiq etdikdə isə bu müddət daha az olur. Nəticədə əvvəllər bir quyunun planlaşdırılması təxminən 300 gün çəkirdisə, indi bunu təxminən 15 gün ərzində həyata keçirə bilirik. Bu, həqiqətən də, böyük irəliləyişdir. Bütün bunlar mənə Bakının yeni Hyustona çevrilmək potensialına malik olduğuna dair güclü inam verir", - deyə nümayəndə vurğulayıb.

3-09-2026, 14:16
3 uşağı olan ailələrə şad xəbər - müavinət verilə bilər
3-09-2026, 14:14
Tramp-Si görüşünün şifrələri: Tayvan, İran, ticarət savaşı, süni intellekt
3-09-2026, 14:10
ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
3-09-2026, 14:05
Türkiyədə anbar ərazisində güclü yanğın baş verib - FOTO - VİDEO
3-09-2026, 14:00
Bu gündən Azərbaycanda yeni qaydalar qüvvəyə mindi
3-09-2026, 13:08
Alen Simonyan Bakıya səfər edəcək?
3-09-2026, 12:50
Ermənistan tələyə düşüb, “peşka” rolunu oynayır - Danielyan
3-09-2026, 12:40
Əhməd Davudoğluya qarşı istintaq başladıldı
3-09-2026, 12:00
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar - FOTO
3-09-2026, 11:41
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb
3-09-2026, 11:18
Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib
3-09-2026, 11:08
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO
3-09-2026, 10:30
İrana qarşı hərbi əməliyyatlar 2027-ci ilədək uzana bilər
3-09-2026, 10:20
Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
3-09-2026, 09:30
Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
2-09-2026, 10:42
Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
2-09-2026, 10:14
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
2-09-2026, 09:46
Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM
2-09-2026, 09:30
Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR
1-09-2026, 14:00
Sahibə Qafarova bu vəzifəyə namizəd oldu
1-09-2026, 13:59
Bakıda ev almağın ən sərfəli yolu budur
1-09-2026, 13:57
TƏBİB-in tabeliyindəki bu qurumda yeni təyinatlar olub
1-09-2026, 13:53
Xaçmazın kəndinə sel gəlib - VİDEO
1-09-2026, 12:46
7568,9 hektar ərazi minalardan təmizlənib
1-09-2026, 12:24
89 uşaq övladlığa verilib
1-09-2026, 12:03
Deputatlar tətildən qayıtdı - İndi nə edəcəklər?
1-09-2026, 11:28
Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO