2025-ci ildə müdafiə xərcləri 23 faizə yaxın artıb
İqtisadiyyat
9 iyn 2026 | 10:47
Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 8 milyard 68 milyon manat məbləğində vəsait ayrılıb.

Azerimedia.Az-ın məlumatına görə, sözügedən məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.

Bildirilib ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 505.8 milyon manat və ya 22.9 faiz çoxdur. Bu xərclər ÜDM-in 6.2 faizini (2024-cü illə müqayisədə bir faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 20.9 faizini (2024-cü illə müqayisədə 3.5 faiz-bənd çox) təşkil edib.

Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 2 milyard 856 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 4 milyard 865.6 milyon manat və ya 2024-cü illə müqayisədə 1 milyard 372.7 milyon manat (39.3 faiz) çox vəsait yönəldilib.

"Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ümumi dəyəri 34.7 milyon manat məbləğində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında inşa edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına ötürülmüş Abşeron Yaşayış Kompleksindən cəmi 606 ədəd təmirli mənzil alınıb.

2025-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 16.7 milyon manat təşkil edib.

2025-ci ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclərə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 2 milyard 920.3 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da 2024-cü illə müqayisədə 110.5 milyon manat və ya 3.9 faiz çoxdur. Bu xərclər ÜDM-in 2.3 faizini, dövlət büdcəsi xərclərinin isə 7.6 faizini təşkil edib.

Dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsi üçün hesabat ilində dövlət büdcəsindən 6 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2024-cü illə müqayisədə 0.5 milyon manat və ya 9.1 faiz çoxdur.

2025-ci ilin dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 331.5 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 65.1 milyon manat və ya 24.4 faiz çoxdur.

2021-ci illə müqayisədə 2025-ci ildə müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4.5 faiz, mütləq ifadədə isə 4 milyard 413.7 milyon manat və ya 1.7 dəfə artıb.
Bu gün, 17:27
Azərbaycanda universitet binasının təmirinə 26 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 16:51
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTO
Bu gün, 14:25
Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib - FOTO
Bu gün, 14:24
Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bu gün, 13:15
Ağcabədidə su problemi: Qırx hektardan çox əkin sahəsinə su verilmir - ŞİKAYƏT
Bu gün, 13:13
Külək güclənəcək - XƏBƏRDARLIQ
Bu gün, 12:40
Braziliyada rekord vuran idmançı yoxa çıxıb
Bu gün, 12:38
Quru sərhədlərinin bağlı olması yaşama icazələrinin sayına necə təsir edib?
Bu gün, 12:18
Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər? - Rəsmi statistika
Bu gün, 12:17
Bakıda küçədə meyit tapıldı
Bu gün, 12:10
Altı ay ərzində 300-dən çox şəxs ölkəyə geri qəbul olunub
Bu gün, 11:52
Bakıda dünya çempionatının üçüncü günü: Qadın güləşçilərimizdən ardıcıl üçüncü məğlubiyyət
Bu gün, 11:25
Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ
Bu gün, 11:06
Azərbaycanın bank sektorunun aktivləri 60 milyard manatı ötüb
Bu gün, 10:50
Əməkdar artist Әli Hаqvеrdiyеvin doğum günüdür - VİDEO
Bu gün, 10:30
Ali məktəblərə qəbul üçün ixtisas seçiminin başlayacağı TARİX BİLİNDİ
Bu gün, 09:37
Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?
Dünən, 14:30
Azərbaycanın Qazaxıstandakı səfiri dəyişdirildi - FOTO
Dünən, 14:29
Dünya çempionatı: Azərbaycan təmsilçisi ikinci görüşünü vaxtından əvvəl qələbə ilə bitirdi
Dünən, 14:22
Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM
Dünən, 14:13
İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı - YENİ TƏYİNAT
Dünən, 13:30
Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Binalar çökdü, yaralılar var - VİDEO
Dünən, 13:27
Azərbaycanda bir sıra şəxslərin MAAŞI ARTIRILACAQ
Dünən, 12:30
Vladimir Putin İlham Əliyevə zəng edib
Dünən, 11:57
Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ
Dünən, 10:28
Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər - FOTO
Dünən, 10:10
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır