Azərbaycanda minlərlə insanın layihəsinə pul ayrılacaq
İqtisadiyyat
7 iyl 2026 | 12:26
“Əslində kraudfandinqin mahiyyəti çox sadədir. Təsəvvür edin ki, gənc bir mühəndis yeni texnologiya hazırlayıb, bir fermer istehsalını genişləndirmək istəyir və yeni məhsulunu bazara çıxarmağa hazırlaşır. Onların yaxşı ideyası var, amma bankın tələb etdiyi girovu yoxdur, ənənəvi maliyyə mənbələrinə çıxışı məhduddur”.
Azerimedia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc iyulun 7-də parlamentdə “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, kraudfandinq belə layihələrə minlərlə insanın kiçik məbləğlərlə qoşulmasına imkan yaradır: “Bir nəfərin gerçəkləşdirə bilmədiyi layihəni yüzlərlə, hətta minlərlə insan birlikdə maliyyələşdirir. Məhz buna görə dünyanın aparıcı iqtisadiyyatları kraudfandinqi innovasiyanın, sahibkarlığın və iqtisadi fəallığın mühüm maliyyə alətlərindən birinə çeviriblər”.
Komitə sədrinin fikrincə, Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, kiçik və orta sahibkarlığın gücləndirilməsinə çalışır:

“Belə bir şəraitdə “Kraudfandinq haqqında” ayrıca qanunun qəbul edilməsi tamamilə zəruri addımdır. Son 15-20 ildə dünya maliyyə bazarlarında baş verən ən mühüm yeniliklərdən biri məhz kraudfandinqin meydana çıxmasıdır. Əgər əvvəllər yeni biznes qurmaq istəyən insanın yalnız iki yolu var idisə – ya banka müraciət etmək, ya da imkanlı investor tapmaq – lakin indi üçüncü maliyyələşmə modeli formalaşıb. Minlərlə insan kiçik məbləğlərlə müxtəlif layihələrin investoruna çevrilə bilir. Beləliklə, kapital yalnız iri maliyyə institutlarının əlində cəmləşmir. İstedadlı insanın ideyası ilə cəmiyyətin sərbəst vəsaiti arasında yeni maliyyə körpüsü yaranır”.

O əlavə edib ki, yeni qanun layihəsi səhm və borc əsaslı kraudfandinqin hüquqi əsaslarını müəyyən edir, platforma operatorlarının fəaliyyətini tənzimləyir, investorların hüquqlarını qoruyur:

“Yeni qanunun əsas məqsədi budur: yaxşı ideya maliyyə çatışmazlığı ucbatından yarımçıq qalmamalıdır”.
Bu gün, 13:50
Azərbaycanlı deputata vəzifə verildi - FOTO
Bu gün, 13:49
Zakir Həsənov onları təltif etdi - ADLAR
Bu gün, 13:22
Bakıdan Tbilisiyə gedənlərə ŞAD XƏBƏR
Bu gün, 13:09
İyul ayı üzrə pensiyalar bu tarixdə veriləcək
Bu gün, 13:01
Parlament işçilərlə bağlı yeni qaydaları ilk oxunuşda təsdiqlədi
Bu gün, 13:01
Parlament işçilərlə bağlı yeni qaydaları ilk oxunuşda təsdiqlədi
Bu gün, 12:40
Onlar elmlər doktorudur, amma orta məktəbdə dərs deyirlər
Bu gün, 12:30
Abşeronda 7 əl qumbarası, 2 avtomat, 1 tapança aşkarlandı
Bu gün, 12:26
Azərbaycanda minlərlə insanın layihəsinə pul ayrılacaq
Bu gün, 12:24
"Sabah" "Qarabağ"ın qapıçısını transfer etdi
Bu gün, 12:22
Xaricdən mal gətirənlərin nəzərinə - Bunlardan rüsum tutulmayacaq
Bu gün, 12:18
Azərbaycanda buna görə yeni cərimələr tətbiq olunacaq
Bu gün, 11:46
İnnovasiya və Təchizat Mərkəzi 12.3 milyon manata dərman vasitələri alacaq
Bu gün, 11:44
Amerikalı senator Prezident İlham Əliyevə minnətdarlıq etdi
Bu gün, 11:43
Ankarada 36-cı NATO Sammiti başladı
Bu gün, 11:08
Azərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO
Dünən, 14:38
Rusiyadakı miqrantlara bəd xəbər - Deportasiya olunacaqlar
Dünən, 14:36
Azərbaycandan tranzit keçməklə Ermənistana propan qazı göndəriləcək
Dünən, 12:40
Bu avtobuslar pulsuz olacaq
Dünən, 12:30
MİQ imtahanları üçün ödəniş prosesi başlayır
Dünən, 11:44
Bu avtobuslarda gedişhaqqı artırıldı
Dünən, 11:15
Bu şəxslər 65 yaşı gözləmədən pensiya ala biləcək
Dünən, 11:06
İlham Əliyev Artur Piter Mutarikaya təbrik məktubu göndərdi
Dünən, 10:47
Azərbaycan şahinlərinin təlimindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR - VİDEO
Dünən, 10:10
II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
Dünən, 10:09
Konqoda Ebola virusundan həyatını itirənlərin sayı 500-ü ötüb
4-07-2026, 12:02
Şeyx Özbəkistana getdi