Azərbaycanda nadir avtomobillərin güzəştli idxalı üçün müraciətlər başlayır
İqtisadiyyat
9 iyl 2026 | 11:00
Azərbaycana nadir (raritet) avtomobillərin gətirilməsi zamanı vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı yeni qaydalar müəyyən edilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni qanunvericiliyə əsasən, Mədəniyyət Nazirliyinin verdiyi təsdiqedici sənəd əsasında bir şəxs təqvim ili ərzində yalnız bir nadir avtomobili güzəştli şərtlərlə ölkəyə idxal edə biləcək.

Təsdiqedici sənəd əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla idxal edilən nadir (raritet) avtonəqliyyat vasitələrinə vergi və gömrük güzəştləri tətbiq olunur.

Bu məqsədlə Mədəniyyət Nazirliyi "Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə güzəştli şərtlərlə idxalına dair təsdiqedici sənədin verilməsi Qaydaları"nı hazırlayıb.

Qaydalara əsasən, Nazirlik yanında fəaliyyət göstərəcək Ekspert Komissiyası müraciətlərə baxacaq və avtomobillərin nadir (raritet) statusuna uyğun olub-olmaması barədə rəy verəcək. Qiymətləndirmə zamanı avtomobilin tarixi və mədəni əhəmiyyəti, nadirliyi, kolleksiya dəyəri, orijinallığı, texniki vəziyyəti və digər meyarlar nəzərə alınacaq.

Yeni mexanizmin tətbiqi nadir avtomobillərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunmasına, həmçinin tarixi və kolleksiya dəyəri yüksək olan avtomobillərin ölkəyə gətirilməsinin təşviqinə xidmət edəcək.

Güzəştli idxal üçün təsdiqedici sənəd almaq istəyən şəxslərin elektron müraciətlərinin qəbulu 9 iyul 2026-cı il saat 14:00-dan başlayır. Müraciətlər my.culture.az informasiya sistemi vasitəsilə elektron qaydada qəbul olunacaq.

Müraciətlər iki mərhələdə qiymətləndiriləcək. İlk mərhələdə təqdim olunan sənədlər yoxlanılacaq, daha sonra Ekspert Komissiyası avtomobili ekspertiza və qiymətləndirmədən keçirəcək.

Əlavə məlumat almaq istəyənlər Mədəniyyət Nazirliyinin 147 Çağrı Mərkəzinə zəng edə bilər.
Bu gün, 12:12
Zaqatalada 10 gün su olmayacaq: Kəndlər işıqsız qalıb - FOTO - VİDEO
Bu gün, 12:10
Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
Bu gün, 11:59
Azərbaycanın məşhur alimi faciəvi şəkildə öldü
Bu gün, 11:30
İran son itkilərini AÇIQLADI
Bu gün, 11:02
Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlandı
Bu gün, 11:00
Azərbaycanda nadir avtomobillərin güzəştli idxalı üçün müraciətlər başlayır
Bu gün, 10:55
Dünya çempionatında 1/4 final mərhələsinə start verilir
Bu gün, 10:30
Sosial müavinət alanlara ŞAD XƏBƏR
Bu gün, 10:10
Ceyhun Bayramov: Danışıqlar ABŞ-Ermənistan arasında aparılır
Bu gün, 10:06
Qızıl bahalaşdı
Bu gün, 10:03
Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq
Bu gün, 09:40
Nazir Ermənistanla sərhədlərin delimitasiyasından danışdı
Dünən, 14:30
HHQ və XTQ komandanları təltif olundular - FOTO
Dünən, 12:55
Azərbaycan və İordaniya viza rejimini ləğv edir
Dünən, 12:53
Komandolar təlim meydanlarına çıxarıldı - Nazir hadisə yerində - VİDEO
Dünən, 11:28
850 əcnəbi Azərbaycandan çıxarıldı - RƏSMİ
Dünən, 11:27
NATO zirvəsində qeyri-adi hadisə: Bu ölkəni iki lider təmsil edir
Dünən, 11:11
İlham Əliyev İordaniya baş nazirinin müavinini qəbul edib - FOTO
Dünən, 10:30
Sel suları Balakəndə fəsadlar törətdi, həyətləri su basdı - VİDEO
Dünən, 10:13
Zaqatalaya sel gəlib: Bir kəndlə əlaqə kəsilib - FOTO - VİDEO
Dünən, 09:37
İrandan sərt açıqlama: "ABŞ-yə qətiyyətli cavab veriləcək"
Dünən, 09:16
Dənizdə boğulan 28 yaşlı gəncin MEYİTİ TAPILDI
7-07-2026, 13:50
Azərbaycanlı deputata vəzifə verildi - FOTO
7-07-2026, 13:49
Zakir Həsənov onları təltif etdi - ADLAR
7-07-2026, 13:22
Bakıdan Tbilisiyə gedənlərə ŞAD XƏBƏR
7-07-2026, 13:09
İyul ayı üzrə pensiyalar bu tarixdə veriləcək
7-07-2026, 13:01
Parlament işçilərlə bağlı yeni qaydaları ilk oxunuşda təsdiqlədi