Azərbaycanın bank və mikromaliyyə sektorları 2023-cü ildə - İCMAL
İqtisadiyyat
5 yan 2024 | 14:05
2023-cü il Azərbaycanın bank sektoru üçün zəngin il olub.

İlk növbədə qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) haqqında qanun dəyişib. Bununla da, qurumun funksiyaları yenidən müəyyən olunub, İdarə Heyətinin üzvlərinin sayı artırılıb.

Ötən il də AMB faiz dəhlizinin parametrlərinə 8 dəfə baxıb. Qurum artım və azalmalarla uçot dərəcəsini 8,25%-dən 8%-ə dəyişib, faiz dəhlizinin yuxarı həddini 9,25%-dən 9%-ə endirib, aşağı həddini isə 6,25%-dən 6,5%-ə qaldırıb.

Azərbaycanda bankların sayı 2023-cü ildə də azalıb. AMB “Günay Bank” və “Muğan Bank” ASC-lərin lisenziyalarını ləğv edib. Qurum qərarını bankların məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3%-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib. Bununla da, ölkədə kommersiya banklarının sayı 25-dən 23-ə düşüb.

Hesabat dövründə Azərbaycanın yeganə regional bankı “Naxçıvan Bank” ASC-nin də ətrafında maraqlı proseslər cərəyan edib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvləri banka nəzarəti itiriblər. Səhmlər 3 yeni fiziki şəxsin əlinə keçib. Bundan başqa, kredit təşkilatının istehlak kreditləri portfelinin təxminən 60 milyon manatlıq hissəsi “Kapital Bank” ASC-yə ötürülüb. Bu, regional bankın bağlanacağı və yaxud başqa bankla birləşəcəyi barədə təsəvvür yaratsa da, bu ehtimallar rəsmən təkzib edilib.

Bundan başqa, il ərzində İran Milli Bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb. AMB kredit təşkilatına məktub göndərərək, hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Qurum addımını cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması ehtimalı, bu sahədə Azərbaycan qanunvericiliyinin tətbiqi ilə izah edib.

Ötən ildən Azərbaycanda yerli bankların və xarici bankların yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10% dərəcə ilə vergiyə cəlb edilib. Xatırladaq ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilib. Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddəti artırılmayıb. Bununla belə, il ərzində məcəlləyə edilmiş dəyişikliyə əsasən, bu ildən bankda azı 18 ay müddətinə əmanət yerləşdirən və faizlərini müddətin sonunda götürən şəxslər vergidən azad edilib. Faizlərini hər ay götürən şəxslərin isə gəlirinin 200 manata qədər hissəsi vergiyə cəlb olunmayacaq.

2023-cü ildə də Azərbaycanda bağlanmış bankların ləğv prosesi davam etdirilib. Əmanətlərin Sığortalanması Fondu bir sıra yeniliklərə imza atıb. Fond nəzarətinə keçmiş əmlakların satışı üçün portalı, kreditorlar üçün isə ayrıca portalı istifadəyə verib.

Ötən il AMB maliyyə istehlakçılarının hüquqlarının qorunması istiqamətində bir sıra addımlar atıb. Qurum cəza tədbiri gördüyü maliyyə qurumlarının adlarını, eləcə də maliyyə sektorunun müxtəlif istiqamətləri ilə bağlı şikayət indeksləri açıqlamağa başlayıb.Azərbaycanda 5 ildir ki, müzakirə obyekti olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun il ərzində təsdiq edilərək qüvvəyə minib. Qanuna əsasən, ölkədə ödəniş xidmətləri bazarında fəaliyyət göstərən şirkətlərə AMB-də qeydiyyatdan keçmək, lisenziya almaq üçün 6 ay - bu ilin may ayına qədər vaxt verilib.

AMB-nin 2023-cü ildə təsdiq etdiyi “Banklarda korporativ idarəetmə Standartları”nın yenilənmiş variantına görə isə Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay - bu ilin aprel ayına qədər vaxtı var.

İlin sonuna yaxın isə AMB valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi qoyub. Qurumun kollegiyasının təsdiq etdiyi “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”ə görə, kapital tələbi Bakıda 600 min manat, hər əlavə obyektə görə 300 min manat, paytaxtdan kənarda isə 150-450 min manat, hər əlavə obyektə görə 0-150 min manat müəyyən edilib. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər 6 ay ərzində bu tələbi yerinə yetirməlidirlər.

2023-cü il Azərbaycanın mikromaliyyə sektoru üçün də maraqlı il olub.

İl ərzində ölkədə bank olmayan kredit təşkilatları (BOKT) haqqında qanun dəyişib. Bununla da, BOKT-lərə kredit kartı buraxmaq səlahiyyəti verilib, bu növ kredit təşkilatlarında mühüm iştirak payının əldə edilməsi qaydası yenilənib.

Ötən il Azərbaycanda BOKT-lərin sayı azalaraq 55-dən 54-ə düşüb. Azərbaycan Mərkəzi Bankı (AMB) faktiki müflis olmuş “Union Kredit”, “Gold Finance” və “Viza Kredit” BOKT-lərin lisenziyalarını ləğv edib, əvəzində “Nova Credit” və “Caspian Finance” BOKT-lərə lisenziya verib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2023-cü ildə dövlət qeydiyyatına aldığı “Anexs”, “İrşad”, “Mojo Az” və “MGN Capital” BOKT-lərin lisenziya alması isə 2024-cü ilə qalıb.

BOKT-lərdən söz düşmüşkən, il ərzində AMB 5 bank olmayan kredit təşkilatının vəzifəli şəxslərini cərimələyib. Belə ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanun pozuntularına yol vermiş “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat, “Asel Kredit” MMC-nin vəzifəli şəxsi 3 000 manat, “Finoko” ASC-nin vəzifəli şəxsi 4 500 manat, “TBC Kredit” MMC-nin vəzifəli şəxsi 6 000 manat və “PSG Finans” MMC-nin vəzifəli şəxsi 6 000 manat cərimə edilib. Bununla belə, pozuntular kredit təşkilatlarının maliyyə dayanıqlılığına təsir etməyib.
Ötən il Azərbaycanda kredit ittifaqları haqqında qanun da dəyişib. Amma dəyişiklik texniki xarakterli olub.

Ötən ilin yekunlarını “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva şərh edib:

“BOKT-lər haqqında qanunda edilmiş dəyişikliklərin qüvvəyə minməsi ilə özünəməşğul əhali qrupunun və mikrosahibkarların sosial-iqtisadi vəziyyətinin yaxşılaşacağını gözləyirik. Dövlət özünüməşğulluğu və sahibkarlığı dəstəkləməklə bu sektorda çalışan şəxslərə verilən sosial müavinatlarla bağlı yükünü azaldır, bank xidmətlərindən kənarda qalan əhali qrupuna maliyyəyə çıxışı yaradır. Sektorun özünə gəlincə isə, bu il kredit portfelində 25%, işçilərin sayında isə 10% artım olub”.
14-08-2026, 13:17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB
14-08-2026, 12:21
Yeni ekspres marşrutlar fəaliyyətə başladı
14-08-2026, 11:30
Xalq artisti Alim Qasımovun doğum günüdür - VİDEO
14-08-2026, 11:22
Pensiyalar ödənildi
14-08-2026, 11:13
Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
14-08-2026, 11:10
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi - VİDEO
14-08-2026, 10:45
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
14-08-2026, 10:20
Azərbaycan XİN Pakistanı təbrik etdi
14-08-2026, 10:01
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
14-08-2026, 10:00
Kolleclərə qəbulun nəticələri elan olundu
12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub