Bolqarıstan öz bölgələrinin qazlaşdırılmasında Azərbaycanın iştirakına ümid edir
İqtisadiyyat
6 mar 2024 | 14:53
Bolqarıstan öz bölgələrinin qazlaşdırılmasında Azərbaycanın iştirakına ümid edir.

Bu barədə Bolqarıstanın Energetika Nazirliyindəki mənbədən Trend-ə bildiriblər.

“25 aprel 2023-cü ildə Bolqarıstanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kommersiya nümayəndəliyi açılıb və bundan sonra şirkət ölkədə öz fəaliyyətini aktivləşdirib. SOCAR-ın Avropada Almaniya və Bolqarıstanda olmaqla iki nümayəndəliyi var.

Eyni zamanda, Bolqarıstandakı nümayəndəlik Balkan yarımadasında səkkiz ölkəni əhatə edən regional ofisə çevrilib. Bu, Bolqarıstan və Azərbaycan arasında strateji enerji və siyasi tərəfdaşlığın, etimadın yüksək səviyyəsinin göstəricisidir.

Ümid edirik ki, Azərbaycan Bolqarıstan bölgələrinin qazlaşdırılması, neft məhsullarının tədarükü, elektroavtomobillərin şarj olunması üçün infrastrukturların yaradılması kimi gələcək investisiya imkanlarını da nəzərdən keçirəcək”, - deyə mənbə bildirib.

Agentliyin müsahibi qeyd edib ki, Bolqarıstan enerji effektivliyinin artırılması və bərpa olunan enerji mənbələrinin tətbiqi üçün şəraitin yaradılmasına ümid edir.

“Hesab edirik ki, Azərbaycanla əməkdaşlığımız bu sahədə də genişləndirilməlidir. "Orta Yaşıl Dəhliz" təşəbbüsünün gələcək inkişafı Cənub-Şərqi Avropa regionu, o cümlədən, Bolqarıstanı Xəzər regionundakı "təmiz" enerjiyə çıxış imkanı ilə təmin edəcək”, - deyə mənbə əlavə edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. TAP dəhlizinin ilkin buraxılış gücü 10 milyard kubmetr qaz təşkil edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start