Avro ABŞ dollarına qarşı yenidən dəyər itirir – Səbəb: ABŞ-də güclü əmək bazarı, Fransadakı növbədənkənar seçkilər
Fransa prezidenti Emanuel Makronun Avropa Parlamentinə seçkilərdən və növbədənkənar səsvermə çağırışından sonra avro təxminən bir ay ərzində ən zəif həddə düşüb. Asiya valyutaları cümə günündən etibarən ABŞ-nin güclü əmək bazarı hesabatından sonra ucuzlaşıb.
Vahid valyuta 0.4%-ə qədər ucuzlaşaraq, Fransa istiqraz fyuçersləri ilə yanaşı geri çəkildi. Gözləntilərə uyğun gələn səsvermədə ifrat sağçı partiyanın (Le Penin partiyası) qazanması Makronu ölkəsi üçün növbədənkənar qanunvericilik bülleteni çağırmağa vadar etdi. Yenə də mərkəzçi partiyalar Avropa İttifaqı miqyasında keçirilən səsvermədə əksəriyyətini qoruyub saxlamağa hazır idi.
Avro/dollar keçən həftənin son iş günlərində sessiya ərzində müvafiq olaraq 0.81%, 0.2% itki ilə üzləşdi. Bu gün isə daha 0.45% ucuzlaşaraq 1.0751 səviyyəsinə düşüb. 6 əsas valyuta səbəti qarşısında ölçülən dolların indeksi 104.9 bəndə yüksəlib.
Cənubi Koreya vonu və Malayziya ringgiti dəyər itirdi, MSCI-nin Asiya-Sakit Okean fond indeksi isə bir qədər aşağı düşüb.
Bazar ertəsi Çin, Honq-Konq, Tayvan və Avstraliya bazarları bayram günləri ilə bağlı bağlanıb.
ABŞ-də 10 illik dövlət istiqrazlarının gəlirliyi üçüncü gündür ki, yüksəlir. ABŞ-nin güclü əmək bazarı hesabatı Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin azaldılmasını yenidən nəzərdən keçirməyə təkan verdi. ABŞ-də iqtisadi yavaşlama ilə bağlı narahatlıq bir qədər səngiyib.
ABŞ-də ötən cümə işsizlik səviyyəsi gözlənilmədən 3.9%-dən 4%-ə yüksəlsə də, qeyri-kənd təsərrüfatında işləyənlərin sayında 272 min artım olub. İqtisadçılar konsensus olaraq 182 min artım proqnozlaşdırmışdılar. Saatlıq adambaşına düşən gəlir mayda 0.4% artıb (proqnoz: 0.3% artım idi).
Bu həftənin çərşənbə günü FED-in rəhbərliyi faiz dərəcələri ilə bağlı qərar verirlər və bu, dayaq islası olduğundan bazar bu açıqlamaları daha ciddi qiymətləndirəcək. İclas həftənin çərşənbə günü, Bakı vaxtı ilə 23:00-da açıqlanır. Yaponiya Bankının növbəti qərarı cümə gününə planlaşdırılıb və iqtisadçılar onun uçot faiz dərəcəsinin sabit saxlayacağını gözləyirlər.
Xatırlatma: Birjadakı hərəkətlənmələrdə mühüm faktor iqtisadi təqvimlərdir və Banker.az-ın “İnvestisiya” kanalı bu məlumatları gündəlik dərc edir.
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Dünən, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Dünən, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Dünən, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Dünən, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
23-11-2026, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
23-11-2026, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
23-11-2026, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
23-11-2026, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
