Hesablama Palatası bu il 91 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb
İqtisadiyyat
22 iyl 2024 | 17:43
Bu ilin birinci yarısında Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə uyğunluq predmetləri üzrə 91 milyon manat maliyyə pozuntusu aşkarlayıb.

Bu barədə palatadan bildirilib.

Bu il iyulun 1-nə qədər başa çatdırılmış KDMN tədbirləri ilə uyğunluq predmetləri üzrə büdcəyə zərərin 39.3 milyon manat olduğu hesablanıb. 36.6 milyon manat məbləğində hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində palatanın kollegiyası təkliflər verib. 2.7 milyon manat məbləğində hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar iki audit üzrə müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

KDMN tədbirləri ilə hesablanmış büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb. Auditlər zamanı rast gəlinən bu pozuntulara vəsaitlərin icrası zamanı vahid büdcə təsnifatına əməl olunmaması, satınalma tətbiq olunmadan vəsaitin icrası və s. hallar aid edilib ki, belə hallar üzrə maliyyə pozuntularının məbləği 51.7 milyon manat təşkil edib. Nəticələri rəsmiləşdirilmiş auditlər üzrə maliyyə hesabatlarında 169.3 milyon manatlıq təhriflərə yol verildiyi aşkarlanıb ki, bunların 47 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub.

Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 14 halda nəzarət obyektlərinə auditor hesabatı və kollegiya qərarları göndərilib. 2024-cü ilin İş Planına əsasən, başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim olunub. Beş tədbir üzrə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, iki tədbir üzrə aşkar edilmiş aidiyyəti nöqsanlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 8 tədbirlə əlaqədar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına və digər qurumlara məlumat göndərilib.

Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb, əvvəlki illərin nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpa təklifi ilə bağlı qalan vəsaitdən 2.3 milyon manatın pul və əvəzləşdirmə formasında bərpası təmin edilib. Əvvəlki ildə maliyyə hesabatlarının auditi nəticəsində aşkarlanmış 661.5 milyon manat əhəmiyyətli təhriflərin 205.2 milyon manatı üzrə müvafiq düzəlişlər edilib.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start