İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib - yenilənib
İqtisadiyyat
26 iyl 2024 | 15:18
İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşdə yerli istehsalın artımı və ixrac potensialının genişləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının rəhbərləri qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə həmçinin bir sıra özəl maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Sahibkarlarla görüşdə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə bütün sahələrin inkişaf etdiyi, o cümlədən özəl sektorun gücləndiyi, qeyri-neft sənayesi üzrə dövriyyənin, istehsal və ixrac həcminin, yeni iş yerləri və digər iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb. Qeyri-neft sektorunun rəqabətədavamlı inkişafı, yeni istehsal sahələrinin stimullaşdırılması və ixrac qabiliyyətinin yüksəldilməsinin ölkə iqtisadiyyatı üçün prioritet hədəflər olduğu bildirilib. Əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi və gömrük islahatlarının, daxildə emala xüsusi gömrük prosedurunun, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi üzrə dövlət dəstəyi mexanizmlərinin və digər alətlərin əhəmiyyəti qeyd olunub.

İş adamları fəaliyyətləri və qarşılaşdıqları məsələlər barədə məlumat veriblər, vergi və gömrük güzəştləri, güzəştli kredit, nəqliyyat-logistika, xammala çıxış imkanlarının və ixrac potensialının genişləndirilməsi, standartlaşdırma, mənşə sertifikatının verilməsi, satınalma, torpaqların təyinatının dəyişdirilməsi, yeni bazarlarla əlaqələrin qurulması, yerli istehsalın artımı ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə sahibkarların sualları cavablandırılıb, təkliflərə münasibət bildirilib. Sahibkarlar və ixracatçılarla yeni dövlət dəstəyi alətləri, dövlətin həyata keçirə biləcəyi stimullaşdırıcı addımlar və yeni çağırışlar barədə müzakirələr aparılıb. Qaldırılan məsələlərin ətraflı təhlil edilərək zəruri təkliflərin hazırlanacağı bildirilib.

Qeyd edək ki, sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Yevlax Pilot Aqroparkda, həmçinin Gəncə şəhərində görüşlər keçiriləcək.











13:04

"Azərbaycanın biznes təmsilçiləri ilə birgə fəaliyyəti gücləndirərək özəl sektorda aktivliyi artırmaq niyyətindəyik".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarımızla görüşməkdən məmnun olduq. Yerli istehsalın artımı və ixrac bazarlarının genişləndirilməsi imkanlarını müzakirə edərək sualları cavablandırdıq və iş adamlarının təkliflərini dinlədik", - deyə nazir bildirib.
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb