Azərbaycanda ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu fəaliyyətə BAŞLADI
İqtisadiyyat
29 iyl 2024 | 14:11
Gəncədə “AzerGold” QSC-nin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən istifadəyə verilən ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu tam rejimdə fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazir Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları müəssisənin fəaliyyəti ilə tanış olublar.



Dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə yaradılıb. “AzerBlast” MMC-nin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə bu sahə üzrə ixtisaslaşmış özəl şirkət “DM Servis” MMC-yə məxsusdur.

Zavodda dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin test rejimində istehsalı həyata keçirilir.

15 hektar ərazidə inşa edilən müəssisənin təməli 2023-cü ilin yanvar ayında qoyulub. Layihənin kapital qoyuluşu 11 milyon, ümumi investisiya dəyəri isə 15 milyon manatdır. Sözügedən vəsait dövlət büdcəsinə əlavə yük yaratmadan, “AzerBlast” MMC-nin təsisçiləri tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda, həmçinin beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsidir.

İlkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə iş yerlərinin sayının 65 nəfərədək artırılması nəzərdə tutulub.

Zavodun tam rejimdə fəaliyyətə başlaması ilə sənaye təyinatlı partlayıcı maddələrə tələbat yerli istehsal hesabına təmin ediləcək və idxaldan asılılıq aradan qaldırılacaq. Belə ki, fəaliyyətin ilkin mərhələsində zavod yerli tələbat və ixrac potensialı qiymətləndirilməklə illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalını həyata keçirəcək. Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin - 31 min 500 tona çatdırılması planlaşdırılır.

Zavodun istehsal xəttində Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilib, yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub, istehsalatın yüksək ekoloji norma və standartlara cavab verən şəkildə təşkil edilib.
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Dünən, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Dünən, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Dünən, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Dünən, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
23-11-2026, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
23-11-2026, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
23-11-2026, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
23-11-2026, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq