Bu gün Azərbaycan manatının tədavülə buraxıldığı gündür
İqtisadiyyat
15 avq 2024 | 12:05
Azərbaycan manatı 1992-ci il avqustun 15-də tədavülə buraxılıb.

Azərbaycan manatı - Azərbaycan Respublikasının pul vahididir və Respublika ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

1994-cü il yanvarın 1-dən manat ölkədə yeganə ödəniş vasitəsi elan olunub və sovet rublu dövriyyədən çıxarılıb.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas;

1993-cü ilin martında 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutulub. 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub. Azərbaycan manatının beynəlxalq ISO kodu 994-dür.

1 manat - mədəniyyət, 5 manat - yazı və ədəbiyyat, 10 manat - tarix, 20 manat - Qarabağ, 50 manat - təhsil və gələcək, 100 manat isə iqtisadiyyat və inkişaf mövzularına həsr olunub.
Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur. Azərbaycan manatı türk ölkələrinin ən dəyərli milli valyutasıdır.

Azərbaycanın yeni nəsil əsginas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanıb. Yeni pulların dizayn mövzusu "Müstəqil Azərbaycan" müəyyən edilib.

Yeni manatın dizaynı avro əsginaslarının dizayn müsabiqəsinin qalibi Robert Kalinaya məxsusdur.

Hazırda istifadə etdiyimiz milli pul əsginaslarının mənaları:

1 manat - mədəniyyət mövzusuna həsr olunub. 120×70 mm ölçüdə çap olunub. Üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin - tar, kamança və dəfin qrafik təsvirləri var. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları, Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilib.



5 manat - yazı və ədəbiyyat mövzusuna həsr olunub. 127×70 mm ölçüdədir. Üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça, arxa fonda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib, Azərbaycanın inkişaf tarixi - Qobustan qaya heroqlifləri, Orxon-Yenisey əlifbası, müasir yazımız göstərilib


10 manat - tarix mövzusuna həsr olunub. 134×70 mm ölçüdədir. Üz tərəfi Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilib. Arxa fonda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları təsvir edilib



20 manat - Qarabağ mövzusuna həsr olunub. 141×70 mm ölçüdədir. Üz tərəfində qüdrət nişanəsi olan qılınc, dəbilqə, qalxan və sülh rəmzi xarıbülbül təsvir olunub. Arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilib



50 manat - təhsil və gələcək mövzusuna həsr olunub. 148×70 mm ölçüdədir. Üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunub. Arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri göstərilib.



100 manat - iqtisadiyyat və inkişaf mövzusuna həsr olunub. 155×70 mm ölçüdədir. Üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunub. Arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilib



200 manat - Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. 160×70 mm ölçüdə olan əsginas 2018-ci ilin iyun ayından dövriyyəyə buraxılıb. Üz tərəfində Heydər Əliyev Mərkəzi və Mərkəzi Bankın sədrinin imzası təsvir olunub. Əsginasın dizaynı ABŞ-nin "Crane Currency" şirkəti tərəfindən hazırlanıb.



Manatın mühafizə elementləri: əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər var.

Yubiley 5 manatı



Azərbaycan Mərkəzi Bankı 2019-cu ilin oktyabr ayında AMB-nin yaranmasının 100-cü, Dövlət Neft Fondunun yaranmasının 20-ci və Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümünün qeyd olunması münasibətilə nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb.

Çəkisi 1 troya unsiyası - 31.1 qr, diametri isə 38.61 mm. təşkil edir. Pul nişanları Böyük Britaniyanın "The Royal Mint" şirkətində beynəlxalq standartlara uyğun "Pruf" texnologiyası əsasında istehsal edilib.

Yubiley pul nişanları nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.


Yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi "mühafizə fəlsəfəsinə" uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıb. Belə ki, yeni nəsil əsginaslar 4 pilləli mühafizə sisteminə malikdir:

1-ci dərəcəli - xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən;
2-ci dərəcəli - ticarət müəssisələri tərəfindən sadə cihazlarla;
3-cü dərəcəli - banklar tərəfindən xüsusi avadanlıqlarla;
4-cü dərəcəli - yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir.
Əsas məqsəd əhali tərəfindən yeni əsginasların həqiqiliyini xüsusi bilik və səriştəsiz müəyyən olunmasını mümkün etməkdir.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start