Azərbaycandan Avropaya Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində müqavilə imzalanıb
İqtisadiyyat
3 sen 2024 | 16:30
Rumıniyanın paytaxtı Buxarest şəhərində "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə 8-ci Nazirlər/Rəhbər Komitənin iclası keçirilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Baş katib Mirça Abrudean, Gürcüstanı baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə xarici işlər və ticarət naziri Peter Siyarto təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, ötürücü sistem operatorlarının və "CESI" şirkətinin nümayəndələri də iştirak ediblər.

İclasda layihənin "CESI" şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, Birgə Müəssisənin təsis edilməsi ilə bağlı görülən işlər, yaşıl enerji dəhlizinin fiber-optik komponenti, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarına və digər istiqamətlərə dair məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatının bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində planlaşdırıldığını vurğulayaraq prosesin intensivliyini təmin edəcək tövsiyələr verib. Nazir, həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti addımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq yaşıl enerji dəhlizinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

"Bu gün Birgə Müəssisənin təsis sənədlərinin imzalanması ilə layihəmiz yeni mərhələyə qədəm qoyur. Birgə Müəssisə - Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti layihənin texniki-iqtisadi əsaslandırmasını maliyyələşdirəcək, TİƏ-nin hazırlanması və icrası proseslərinə nəzarətə məsul, iştirakçı ölkələr tərəfindən həvalə edilmiş tədbirləri həyata keçirən qurum kimi fəaliyyət göstərəcək. Yaşıl enerji dəhlizinin əsas resurs mənbəyi olan Azərbaycan Avropa ölkələrinin bərpa olunan enerji sahəsində də əsas tərəfdaşlarından biri olacaq",- deyə nazir bildirib.

Müzakirələrdən sonra Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - "Azərenerji", "Gürcüstan Dövlət Elektrosistem", "Transelectrica", MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan "Səhmdar Müqaviləsi", həmçinin iclasın yekunlarına dair Protokol imzalanıb. Birgə Müəssisə və İşçi Qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün Məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək Birgə Müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb. BM-Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanması, həmçinin Fiber-Optik Kabel Xəttinə (FOC) dair tapşırıqların və Bolqarıstanın layihəyə inteqrasiyası ilə bağlı məsələlərin dördtərəfli layihənin texniki-iqtisadi əsaslandırmasında ehtiva edilməsi razılaşdırılıb. Bundan başqa ümumi və qarşılıqlı maraq doğuran layihələrin (PCI/ PM) ikinci siyahısı ilə əlaqədar 2024-cü ilin sentyabr ayında Avropa Komissiyası tərəfindən başladılmış proses çərivəsində status üçün kollektiv şəkildə müraciət barədə razılığa gəlinib. COP29 İqlim Liderlərinin Sammiti zamanı Layihəyə həsr olunmuş yüksək səviyyəli tədbirin keçirilməsinə də dəstək ifadə olunub.

Yekunda nazirlərin Buxarest görüşünün nəticələrinə dair brifinq keçirilib.

Xatırladaq ki, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.


Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start