Nazir: "İqlim dəyişmələri Azərbaycanın kənd təsərrüfatına ciddi təsir göstərir"
İqtisadiyyat
6 sen 2024 | 10:44
"İqlim dəyişiklikləri Azərbaycanın kənd təsərrüfatı, su ehtiyatları, meşə və biomüxtəliflik, səhiyyə, turizm və digər sahələrə ciddi təsir göstərir".

Bu sözləri Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, iqlim dəyişiklikləri və onun ətraf mühitə mənfi təsirləri dünyanın əsas problemlərindən biridir:

"BMT-nin İqlim dəyişiklikləri üzrə çərçivə Konvensiyası BMT sistemində bu sahədə fəaliyyət göstərən və dünya ölkələrini birləşdirən əsas platformadır. COP adlandırılan Tərəflər Konfransı isə konvensiyanın əsas qərarverici orqanıdır. Tərəflər konfransının Azərbaycanda keçirilməsi qərarı bütün dünya ölkələrinin yekdil mövqeyi əsasında keçən ilin dekabr ayında qəbul olunub. Bununla da, Azərbaycana növbəti dəfə böyük etimad və dövlətimizə böyük hörmət göstərilib. Bu isə müstəqil siyasət, prinsipial mövqe, beynəlxalq hüquqa bağlılıq və sədaqətin nəticəsidir".

M.Babayevin sözlərinə görə, iqlim dəyişiklikləri Azərbaycana də təsirsiz ötüşmür.

O bildirib ki, bu təsirlər yalnız mütəxəssislər tərəfindən deyil, artıq hamı tərəfindən sadə gözlə müşahidə edilməkdədir.

"İqlim dəyişiklikləri ölkəmizdə kənd təsərrüfatı, su ehtiyataları, meşə və biomüxtəliflik, səhiyyə, turizm və digər sahələrə ciddi təsir göstərir. Sahilyanı zonalara olan təsiri xüsusilə vurğulamaq istərdim. Son illərdə Xəzər dənizinin səviyyəsi ciddi şəkildə azalmaqdadır. Bunun səbəbləri həm texnogen, həm də antropogen xarakter daşıyır. İqlim dəyişikliyinin təsirləri artdıqca, qanunvericiliyin rolu daha da artır. Hüquqi sistemlər yalnız emissiyaların azalmasını təmin etməklə kifayətlənməməli, həm də iqlim dəyişikliyindən ən çox zərər çəkən icmaların hüquqlarını qorumağa yönəlməlidir", - nazir bildirib.

Muxtar Babayev qeyd edib ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlığın əsasını təşkil edir:

"Paris Sazişi dünya ölkələrinin birgə iradəsini göstərərək, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmağı hədəfləyir. Bu hədəfə çatmaq üçün güclü hüquqi mexanizmlərin hazırlanması və tətbiqi vacibdir. Hüquq sistemlərimiz iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını təmin etməli, iqlim ədalətini həyata keçirməli və ən önəmlisi, iqlimə həssas olanların hüquqlarını qorumalıdır. Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməlidir. Beynəlxalq hüquq iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitədir. Artıq bir çox ölkə məhkəmələrdə iqlim dəyişikliyinin təsirləri ilə bağlı iddialara baxılır və qərarlar çıxarılır. Bu hüquqi presedentlər, qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizəni dəstəkləyən hüquqi mexanizmlərin gücləndirilməsinə təkan verir.

Azərbaycan, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Paris Sazişi üzrə öz milli töhfələr sənədini təqdim edib və bu sahədə ciddi addımlar atılır. Bu sənəd vasitəsilə istixana qazları emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı dayanıqlığımızı gücləndirmək üçün hədəflər müəyyən edilib".

Nazir deyib ki, bu hədəflərə nail olmaq üçün son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları həyata keçirilir, bu sahədə normativ hüquqi aktlar qəbul edilərək, praktiki addımlar atılıb.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start