ÜTT COP29 çərçivəsində Azərbaycanda ticarətyönümlü tədbirləri dəstəkləyəcək
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyi 2024-cü il noyabrın 11-22-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ticarətyönümlü tədbirləri dəstəkləyəcək.
ÜTT xəbər verir ki, Azərbaycan COP29 sədrliyi çərçivəsində noyabrın 14-də Beynəlxalq Ticarət Palatası (ICC), Beynəlxalq Ticarət Mərkəzi (ITC), Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Təşkilatı (UNCTAD) və ÜTT ilə birlikdə "İqlim maliyyəsi, investisiya və ticarət günü"nü təşkil edəcək.
Azərbaycan dövlətinin dəstəyi ilə ÜTT Katibliyi və onun tərəfdaşları (ICC, ITC, UNCTAD) həm "mavi zona" (Pavilion Area B4), həm də "yaşıl zona"da (Pavilion Area D10) "Ticarət və İnvestisiya Evi"nin pavilyonlarına ev sahibliyi edəcək.
ÜTT-nin baş direktoru Nqozi Okonyo-İveala (Ngozi Okonjo-Iweala) dünya liderləri Sammitində və "Ticarət və İnvestisiya Evi"ndə keçiriləcək digər yüksəksəviyyəli tədbirlərə qatılacaq. COP29 zamanı bir çox informasiya məhsulları da nümayiş olunacaq.
Bildirilir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) noyabrın 11-22-də Bakıda ÜTT Katibliyi və ICC, ITC, UNCTAD ilə birgə "Ticarət və İnvestisiya Evi"ni təşkil edəcəklər. İlk dəfə olaraq bu pavilyonlar COP29-un "mavi zona" və "yaşıl zona"sında yerləşəcək, qeydiyyatdan keçmiş iştirakçılara və geniş ictimaiyyətə ticarət, investisiya və iqlim fəaliyyətinin kəsişməsindəki mühüm məsələlərdə iştirak imkanı yaradacaq. "Ticarət və İnvestisiya Evi" COP29-un tematik günlərinin bir hissəsi olaraq maliyyə, investisiya və ticarətə yönəlmiş yüksəksəviyyəli proqramları əhatə edəcək. "Mavi zona"da keçiriləcək təqdimatlar, panel müzakirələri və qlobal tərəflərlə baş tutacaq tədbirlərlə yanaşı, "yaşıl zona"da "Ticarət və İnvestisiya Evi" ictimaiyyəti təşviq edən interaktiv müzakirələr, sərgilər, seminarlar, innovativ ticarət, investisiya və iqlim həllərini nümayiş etdirən dinamik məkan rolunu oynayacaq.
Noyabrın 14-də "İqlim maliyyəsi, investisiya və ticarət günü"ndə iqlim maliyyəsi axınını artırmaq üçün ticarət və investisiyadan necə istifadə edilə biləcəyini araşdıran xüsusi sessiyalar keçiriləcək.
"İqlim maliyyəsi, investisiya və ticarət günü" bütün COP29 iştirakçılarını ticarət siyasətlərinin iqlim məqsədlərinə nail olmaqda əsas rolunu müzakirə və davamlı inkişafa təşviq etməyə çağıracaq. Tematik gün COP29-un iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) daxil olmaqla Azərbaycanın COP29-un ev sahibi kimi bir çox təşəbbüslərini ön plana çıxaracaq. Həmçinin, dayanıqlı fond bazarları, polad və hidrogen sektorlarının karbonsuzlaşdırılması səyləri, xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlarda kiçik və orta bizneslərin aşağıkarbonlu dəyər zəncirlərinə inteqrasiyası kimi xüsusi mövzulara diqqət yetirən yüksəksəviyyəli tədbirlər təşkil ediləcək.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start