Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi qəbul olunub
İqtisadiyyat
29 yan 2025 | 10:23
Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi qəbul olunub.

Dünya Bankı Qrupunun (DBQ) Direktorlar Şurası bugün Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) müzakirə etmişdir. ÖTÇ növbəti beş ildə ölkə ilə strateji münasibətlərin istiqamətlərini müəyyənləşdirir və Azərbaycanın daha rəqabət qabiliyyətli, daha yaşıl və inklüziv iqtisadiyyata keçidini və ölkənin qarşısında duran əsas inkişaf çağırışlarının öhdəsindən gəlməyi dəstəkləyəcək.

Bu strategiya iki yüksək səviyyəli nəticəyə fokuslanıb: məhsuldarlığın artırılması və daha yaxşı məşğulluq və iqtisadiyyatın dayanıqlığı və dözümlülüyünün artırılması. Məxsusən, ÖTÇ Azərbaycanda aşağıdakıları dəstəkləyəcək:

Biznes mühitinin təkmilləşdirilməsi və daha çox və daha yaxşı məşğulluq imkanları, o cümlədən, iş yerlərinin yaradılmasına və mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, davamlı və yaşıl maliyyəyə diqqət yetirməklə maliyyə resurslarına çıxışın genişləndirilməsi, qadın sahibkarlara və həssas qruplara dəstək vasitəsilə inklüzivliyin təşviq olunması.
Nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi, o cümlədən, ticarət və tranzit üçün Orta Dəhlizin inkişaf etdirilməsi, rəqəmsallaşdırma və rəqəmsal bağlantıların təkmilləşdirilməsi, süni zəka kimi yeni texnologiyaların tətbiqinin təşviq olunması.
Bərpaolunan energetikaya keçidin sürətləndirilməsi, o cümlədən, enerjinin ötürülməsi infrastrukturunun güclədirilməsi, bərpaolunan energetika layihələrinə, batareya saxlanclarına özəl investisiyaların cəlb olunması və yaşıl energetika dəhlizlərinin təşviq olunması.
İqlim dəyişmələrinə uyğunlaşmanın genişləndirilməsi, o cümlədən, yaşıl binalar da daxil olmaqla iqlim dəyişmlərinin təsirinə dözümlü şəhər ekosistemləri, iqlim baxımdan ağıllı kənd təsərrüfatı praktikaları, habelə özəl sektorun iştirakı da daxil olmaqla su təhlükəsizliyi və səmərəliliyi.
“Bu ÖTÇ Azərbaycanın daha dayanıqlı və firavan gələcəyə doğru transformasiyasını dəstəkləmək öhdəliyimizi əks etdirir”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister demişdir. “Əminik ki, tərəfdaşlığımız Azərbaycana iqtisadi potensialını tam şəkildə reallaşdırmağa kömək edəcək”.

BYİB, IFC və MIGA arasında əməkdaşlıq ÖTÇ-nin məğzini təşkil edir. O, investisiyalar və məsləhət xidmətlərinin kombinasiyası vasitəsilə həyata keçiriləcək. DBQ həmçinin inkişafa təsiri maksimum dərəcədə artırmaq üçün digər inkişaf tərəfdaşları və özəl sektorla sıx işləyəcək.

"IFC Azərbaycanda davamlı inkişafa sadiqdir. Bu məqsədlə o, infrastruktur, enerjiyə çıxış, yaşıl maliyyə, kənd təsərrüfatı və su, nəqliyyat və rəqəmsal bağlantılar kimi vacib sektorları gücləndirmək üçün özəl investisiyaları səfərbər edəcək. Bu səylər iqtisadi artımı, iş yerlərinin yaradılmasını və davamlılığı təşviq etmək məqsədi daşıyır”, - deyə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte bildirib.
ÖTÇ Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına və iqlim dəyişmələri, qeyri-bərabərlik və kövrəklik kimi qlobal çağırışların həllinin vacibliyini vurğulayan Dünya Bankının Təkamül Yol Xəritəsinə uyğundur.

Azərbaycan Dünya Bankına 1992-ciildə qoşulub. O vaxtdan bəri Dünya Bankı ölkəni iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı, dövlət idarəçiliyi və sosial təkmilləşdirməyə yönəlmiş 50-dən çox investisiya layihəsi vasitəsilə dəstəkləyib. Azərbaycan həmçinin potensialın artırılması və əsas sektorlarda islahatların həyata keçirilməsi üçün müxtəlif məsləhət və texniki yardım proqramlarından faydalanmışdır.

Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. O vaxtdan bəri IFC Azərbaycana təxminən 900 milyon ABŞ dolları sərmayə qoyub, və maliyyə xidmətləri, infrastruktur və istehsalat sahələrində 60-a yaxın layihəni maliyyələşdirib. O, həmçinin, biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə, kiçik və orta sahibkarlıq və aqrobiznes sahələrində məsləhət xidmətləri göstərib.
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Dünən, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
7-10-2026, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
7-10-2026, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
7-10-2026, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
7-10-2026, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
7-10-2026, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman