Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK - Məbləği 50 min manat olacaq
Mədəniyyət
4 dek 2025 | 15:57
Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.

Azerimedia.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək.

Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.

Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq.

Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək.

Mükafatın final mərhələsi şou formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və nəticə ekranda görünəcək. Dünya şöhrətli yazarlar mərasimdə iştirak edəcək.

Qeyd edək ki, yeni təsis ediləcək Azərbaycan Kitab Mükafatı Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək.
Dünən, 13:21
İcra başçısı üç qurumu birləşdirdi: RƏİS TƏYİN ETDİ
Dünən, 13:17
Azərbaycan UNESСO-da yeni proqram barədə elan edib
Dünən, 13:15
Fermerlərin nəzərinə: Məsuliyyətə cəlb oluna bilərsiz
Dünən, 13:03
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Dünən, 12:30
Daha bir heyvan bazarı fəaliyyətə başladı - FOTO
Dünən, 12:04
Dünya Trampın bu hərəkətindən danışır: Hətta FİFA prezidenti də aciz qaldı - VİDEO
Dünən, 11:28
Rusiya Türkiyə gəmisini vurdu – 10 nəfər öldü, yaralananlar var
Dünən, 11:10
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
Dünən, 11:05
Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı
Dünən, 10:51
İcra başçısı yeni rəis TƏYİN ETDİ
Dünən, 10:30
Dünya çempionatında ən çox qol vuran futbolçular - SİYAHI
Dünən, 10:14
Pensiya alanlara şad xəbər – Nazirlik 245 min şəxslə bağlı qərarı açıqladı
Dünən, 10:12
Bakı və Astarada işıq kəsiləcək
16-07-2026, 13:46
Xalq artisti Mirzə Babayevin doğum günüdür - VİDEO
16-07-2026, 13:41
Ankaradan Kiyev və Moskvaya xəbərdarlıq: Müharibənin genişlənməsini istəmirik
16-07-2026, 13:31
Rəsmi Tehran: "ABŞ ilə danışıqları bərpa etməyi düşünmürük"
16-07-2026, 13:30
Argentina-İngiltərə oyununda ŞOK OLAY: Rəqib qapıçının su qabına yazılanlar ələ keçdi - FOTO
16-07-2026, 13:26
İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
16-07-2026, 12:32
İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
16-07-2026, 12:25
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
16-07-2026, 12:14
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
16-07-2026, 11:39
Hikmət Hacıyev Pakistan televiziyasına müsahibə verdi
16-07-2026, 11:36
Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi
16-07-2026, 11:28
İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
16-07-2026, 10:29
Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub
16-07-2026, 10:07
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
16-07-2026, 09:30
Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü