VƏTƏNCANLI, VƏTƏNDAĞLI SƏYAVUŞ
Mədəniyyət
7 okt 2023 | 16:19


Sizə bir şair haqqında danışmaq istəyirəm. Səsi gur, sözü bol, sinəsi dolu şair, özünü təbliğ etməyən, saz-söz məclislərindən gen gəzən, zamanın yükünü çiyinlərində daşıyan, dövrün ağrı-acısını qəlbində boğmaq istəyən, fışqırıb çıxanları nizamla misralara düzən şair, el şairi, haqq şairi Səyavuş Yusifov Vətəndağlı...


1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. Yeniyetməliyini doğulub boya-başa çatdığı füsunkar təbiətli cənnət guşədə başa vurmağa macal tapmamış Vətənin başının üstünü qara buludlar alıb, yaşamağa imkan verməyib, süfrələrinin qırıntısı ilə dolanan ermənilər qənim kəsiliblər. Qubadlını elliklə köçürüblər, kim hara gəldi, üz tutub. Çoxluq Sumqayıt şəhərində məskunlaşıb.
Səyavuş Yusifov orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. İşləyib özünə gün-güzəran qazanıb, qohumlarına, ellilərinə imkanı çatdıqca dayaq durub.
Qəlbi yaralı, sinəsi dolu Səyavuş Yusifovun uşaqlıqdan poeziyaya, şeirə marağı olub. Di gəl ki, hisslərini, duyğularını qəlbində boğmağa çalışıb. Bu yandan da vətənsizlik dərdi onu çulğalayıb. Pıçıltıları, daxili nəriltiləri poeziyaya çevrilməyə başlayıb. Bir də baxıb ki, vərəqlər qalaq-qalaq oldu, yazdıqları dəftərlərə sığmadı. Beləcə, “Yalquzağın ulartısı” şeirlər kitabı ərsəyə gəldi.
Şeirlərin adlarına baxıram. “Vətən türküləri”, “Qibləgahım vətənim”, “Orda bir kənd var”, “Yurd hönkürtüləri”, “Ocaqdır”, “Vətənimdir mənim dərdim”, “Zəngilana”, “Parçaladı yurd-yuvamı”, “Elimin yanğısı”, “Vətənimə gedəydim kaş”, “Yurdum, hardasan?”, “Mənim gözəl vətənim” və s. Bu siyahını uzatmaq da olar. İlahi, bir qəlbdə nə qədər vətən, yurd sevgisi varmış? Bir şair qəlbi vətənini nə qədər vəsf edərmiş? Demək olar ki, şairin lirik qəhrəmanı hər misrada ah çəkir, fəqan qopardır, “Vətən, hey” deyib haray qoparır, insanların, cəmiyyətlərin, bəşəriyyətin diqqətini erməni tapdağı altında inləyən yurd yerlərinin xilasına haylayır.
“Orda bir kənd var” şeiri başdan-başa mənzərədir, el deyimidir. Sanki şair rəssam fırçası ilə orda qalan kəndlərin tablosunu yaradıb, toponimlərini işarələyib, təsərrüfatla məşğul olan kənd adamlarının həyat tərzini cizgiləyib.
“Üç qardaş”dan qalxaraq yalı aşır,
Otlayaraq düşür “Düyü yeri”nə.
Yavaş-yavaş gün batır, şər qarışır,
Qoyunları tökəcəm “Yurd yeri”nə...
Yer adlarına fikir verək. Bu adların ən azından birinə işğal altında olan ərazilərimizin hər bölgəsində rast gəlmək mümkündür. Şair bununla o yerləri yaşadır, yaddaşlarda saxlayır. Hətta həmqafiyə olmaması belə şeirin ahənginə xələl gətirmir. İstənilən bölgədən olan oxucu şeiri oxuyanda böyüyüb boya-başa çatdığı bölgə gözləri önündə canlanır. Bax, əsl poeziya budur!
...O günlərə çox darıxan Səyavuş,
Hər gün girir yuxusuna dağ, dərə.
Kəhəri dördnala çapan Səyavuş
Gün gələcək dönəcəksən ellərə.
Şairlərdə inam olur, fəhm olur. Şairlər obraza girəndə özlərini unudurlar. Deyəcəkləri kəlmə, yazacaqları ifadə sanki haqdan gəlir. Səyavuş bunu hiss eliyirdi, elə bil duymuşdu ki, gün gələcək, torpaqlarımız işğaldan azad ediləcək. Bax, o gün gəldi. İndi şairin vətəni Qubadlıda da qızğın quruculuq işləri gedir. Səyavuş Vətəndağlı bu şeiri çox-çox əvvəllər yazmışdı.
Səyavuş Yusifov Vətəndağlının “Yalquzaq ulartısı” kitabına təkcə onun müxtəlif səpkilərdə yazdığı şeirləri toplanmayıb, həm də onu yaxşı tanıyan söz adamlarının ürəkdən gələn fikirləri daxil edilib. Onlardan hər biri Səyavuş haqqında ürəkdolusu danışır, onun şeir yazmasını təbii qarşılayır. Ürəyinin dolu olduğunu vurğulayır və bu doluluğun mütləq bir gün fontan vurub poeziyaya çevriləcəyini gözlədiklərini qeyd edirlər.
Səyavuş Yusifovun poeziyasını yonulmamış, qəliblənməmiş adlandırmaq olar. O, misralarında heç kimi təkrarlamayıb, heç kimə oxşamayıb. Şeirləri “redaktə” olunsaydı, bəlkə də bu qədər tər, ülvi-saf təsir bağışlamazdı. Hərçənd ki, şair özü bir yerdə gül vurub, böyük söz ustadı Ramiz Rövşəndən bəhrələndiyini, enerji aldığını qeyd edib.
Şairin “Yalquzaq ulartısı” kitabı hələ ədəbiyyatşünaslar tərəfindən təhlil olunmayıb, dəyərləndirilməyib. İnşallah, gün gələr, layiqli qiymətini alar.

Cavad HƏSƏNLİ
“AzerNEWS” saytının rəhbəri
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start