Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür
Mədəniyyət
5 fev 2024 | 15:35
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür.
Sənətkar 1918-ci ildə Bakı şəhərində məşhur həkim, təbabət professor Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub.

Qara Qarayev fortepiano ifaçılığı təhsili alıb. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930-cu ildə konservatoriyanın nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə daxil olub. 1935-ci ildə konservatoriyanın bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub.

1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olub. 1941-ci ildə professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs alıb. Hacıbəyov ilk andan Qara Qarayevin gələcək istedadını aşkarlaya bilib.

Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk skripka, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin “Aşıqsayağı” simfonik transkripsiyasını yaratmağa ilhamlandırıb.

1938-ci ildə ilk böyük əsərini - xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə “Könül mahnısı” kantatasını - bəstələyib.

1941-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışıb. 1943-cü ildə ilk simfoniyanı yazıb. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti sədrinin müavini olub.

1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləyib. 1946-cı ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub. 1949-cu ildə Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin rəhbəri təyin olunub. Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilib, 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri təyin olunub. Həmin ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konfransının nümayəndəsi seçilib və Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulub. O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955-ci ildən 1976-cı ilə qədər SSRİ Ali Sovetinin IV-IX çağırış deputatı olub.1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi olaraq fəaliyyət göstərib, 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayına nümayəndə, 1957-ci ildə SSRİ Kinematoqrafiya İşçiləri İttifaqının üzvü seçilib. Həmin ildə “Don Kixot” filminə musiqi bəstələyib.

1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Həmin ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru olub. Moskvada Azərbaycan incəsənət dekadasının iştirakçısı olub. Çexoslovakiyada “Yeddi gözəl” baletinin premyerasında iştirak edib.

1963-cü ildə “Yeddi gözəl” baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulub.

Qara Qarayevin yaradıcılığında Vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil edib. İkinci simfoniya, Cövdət Hacıyevlə yazdığı “Vətən” operası, “Ürək mahnısı” kantatası, “Səadət mahnısı”, “Azərbaycan” süitası belə əsərlərdəndir.

Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib. O, öz həyat yoldaşını çox sevib, başa düşüb və etibar edib. Həyat yoldaşına həsr olunmuş yeganə musiqi əsəri - “Prelüdiya lya major”u Qarayev yuxuda eşidib, səhər isə qələmə alaraq Tatyanaya təqdim edib. 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

1982-ci ildə Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkarın adı verilib, 1984-cü ildə “Bəstəkar Qara Qarayev” gəmisi dənizə buraxılıb, 1989-cu ildə səkkizillik orta musiqi məktəbinə Qara Qarayevin adı verilib. 1991-ci ildə Bakı şəhərində metronun “Avrora” stansiyasının adı dəyişdirilərək bəstəkarın xatirəsinə “Qara Qarayev” adlandırılıb. Həmin ildə Bakı şəhərinin küçələrindən birinə Qara Qarayevin adı verilib. 1998-ci ildə “Qara Qarayev” poçt markası buraxılıb. 2007-ci ildə Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib.

TÜRKSOY 2018-ci ili “Qara Qarayev İli” elan edib. 2018-ci il oktyabrın 1-də Bakının Nizami küçəsində yerləşən ev-muzeyinin açılış mərasimi olub.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start