Üç dəfə ailə quran, kino çəkilişində ölümcül zərbə alan aktyorumuzun doğum günüdür
Mədəniyyət
26 mar 2024 | 13:41
Bu gün tanınmış teatr və kino aktyoru olan Ələsgər Ələkbərovun doğum günüdür.

Ə.Ələkbərov 1910-cu il mart ayının 26-da Bakının Buzovna kəndində anadan olub. Ailədə 3 qardaş, 4 bacı olublar. 8 yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Məktəbdə oxuduğu illərdə İ.Əbilov klubundakı dram dərnəyinə yazılıb.

1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada “Hacı Baxşəli” (“Ölülər”), “ikinci bələdiyyə” (“Hücum”) kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.

Azərbaycan kino sənətinin Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı yəhudi qadınla, üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutur. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulur.

Ə.Ələkbərov 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - “Vaqif” və “Otello” onun yaradıcılığının zirvəsi hesab olunur.

Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində “Həsən” rolunu oynayıb. Daha sonra “Lətif”, “Almaz”, “Kəndlilər” filmlərində çəkilib. O, “Fətəli xan” filmində baş qəhrəman obrazı ilə sübut edib ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.

“Ögey ana” filmindəki “Hüseyn dayı – kəndin ağsaqqalı” obrazı aktyorun ifasında təmkinli, sözübütöv insan təsiri bağışladığı halda, “Qara daşlar” filmindəki İsmayılzadə rolu daha ciddi xarakterə malik insandır.
Aktyorun oynadığı filmlərdəki obrazlar, istər “Uzaq sahillərdə” filmindəki “Ferrero”, istərsə də digər filmlərdəki - “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Fətəli xan” və s. rolları yaddaqalan, düşündürücüdür.

Ələsgər Ələkbərov səhnə və kino fəaliyyətinə görə 1961-ci ildə “SSRİ Xalq artisti” adına layiq görülüb.

1962-ci ildə çəkilən “Böyük dayaq” filmində yaratdığı “Rüstəm kişi” obrazı da Ələsgər Ələkbərovun yaradıcılığında ən parlaq nümunələrindən biridir.

“Böyük dayaq” filminin adını çəkməyimiz təsadüfi hal deyil. Deyilənlərə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. Qeyri-rəsmi məlumata görə, “Lal Hüseyn - Rüstəm kişi davası” çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyir. Və aldığı xəsarət sonradan onun həyatdan köçməsinə səbəb olur.

O zaman böyrəklərindən də ciddi əziyyət çəkən aktyora filmi görmək də qismət olmur.

Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start