Mədəniyyət AFİŞASI: Bakıda bu həftə hansı tədbirlər olacaq? - FOTO
Burada aprelin 22-dən 28-dək Azərbaycanın paytaxtında keçiriləcək tamaşalar, konsertlər, sərgilər, film nümayişləri və digər tədbirlərlə tanış ola bilərsiniz.
22 aprel
19:00-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının “İyirmi ildən sonra” (Əli Əmirli) tamaşası ittifaqın səhnəsində oynanılacaq.
Ünvan: Xaqani küçəsi, 16, 1-ci mərtəbə.
Giriş sərbəstdir.
23 aprel
19:00-da “Azərbaycan” “CineMastercard” kinoteatrında “İçərişəhər” bədii filmi nümayiş olunacaq.
Film gənc tələbə Arzu və Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir. Hekayə gənc qadın üçün ənənələrə zidd olan dəyərlərlə yaşamaq və azad sevməyin nə olduğunu, eləcə də cəmiyyətin ümidlərini doğrultmayanda çəkilən əzabları təcəssüm etdirir. Rejissor - İlqar Safat, ssenari müəllifləri - Təhminə Rafaella, İlqar Safat, rollarda - Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova.
Giriş sərbəstdir.
19:00-da Kamera və orqan musiqisi zalında “Kamera musiqisi axşamı” olacaq. Proqramda: Frans Şubert - Sonata №1 D maj. D 384, Qara Qarayev - Violin ilə fortepiano üçün Sonata (d moll), Lüdviq van Bethoven - Violin Sonata No.5 in F major, Op.24 “Spring”.
Biletlərin qiyməti: 10-30 manat.
24 aprel
19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Notların səyahəti” adlı konsert baş tutacaq. Bosniya və Herseqovinadan Zeyd Şoto və Qazaxıstandan Arslanbek Sultanbekov çıxış edəcəklər. Etnik və müasir alətlərdən ibarət orkestrlə səhnəyə çıxan sənətçilərimiz Balkan ölkələrindən Anadoluya, Anadoludan Orta Asiyaya qədər bu torpaqların melodiyalarını səhnəyə gətirirlər.
Proqramda: “Türkler geliyor”, “Ah nideyim ömrüm seni”, “Anda varayım”, “Sen derviş olamazsın”, “Nogay el”, “Kayda”, “Ağaç”, “Tüs”, “Tizgin”, “Dombıra”, “Huzur”, “Seyrana gel seyrana”, “Bilmem nideyim”, “Kalbe ziyaret”.
Biletlərin qiyməti: 4-20 manat.
19:00-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Lalə Mehdiyevanın yaradıcılıq gecəsi olacaq. Konsertdə Müslüm Maqomayev adına 26 saylı 11 illik musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak edəcəklər.
Biletlərin qiyməti: 5-10 manat.
25 aprel
19:00-da Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində böyük rus şairi A.S.Puşkinin 225 illik yubileyi münasibətilə “Пушкин без границ” adlı konsert keçiriləcək.
Proyektin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, piano ifaçısı Yuliya Kərimovadır.
İlk dəfədir ki, layihədə iki ölkənin təmsilçiləri iştirak edəcəklər. Rusiyalı vokal ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov (bariton), Azərbaycanın Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərovun (kontratenor) ifasını dinləmək imkanı olacaq.
Biletlərin qiyməti: 10-20 manat.
19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində “Utancaq qız” monotamaşası nümayiş olunacaq. Bu tamaşa dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb. Baş rolda - Əməkdar artist Şövqi Hüseynovdur. Tamaşanın ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Biletlərin qiyməti: 8 manat.
19:00-da Akademik Milli Dram Teatrın səhnəsində “Dəli yığıncağı” (Cəlil Məmmədquluzadə) tamaşası olacaq.
Biletlərin qiyməti: 7-12 manat.
20:30-da 25 və 26 aprel tarixində Bakı Konqres Mərkəzinin səhnəsində Türkiyənin sevilən pop ulduzu Yalın çıxış edəcək.
Biletlərin qiyməti: 55-350 manat.
26 aprel
12:00-da Beynəlxalq Muğam Mərkəzində Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən, Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçıları və xanəndələrinin Respublika festival-müsabiqə qaliblərinin konserti olacaq.
Biletlərin qiyməti: 10 manat.
19:00-da Filarmoniyada “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Dirijor: Mustafa Mehmandarov.
Solistlər: Rüstəm Zeynalov (piano), Nərminə İsmayılova (piano), Humay Hacızadə (viola), Zərrin Əliyeva (violin), Aynur Abdullayeva (violin).
Proqramda: C.Saint-Saëns - “Le Carnaval des animaux” süitası, M.Bruch - Viola və orkestr üçün Romans F, op.85, M.Ravel - “Qaraçı qızı” rapsodiyası, S.Raxmaninov - Paqanini mövzusuna rapsodiya, a-moll, op.43.
Biletlərin qiyməti: 4-20 manat.
19:00 və 20:30-da “Park Bulvar”da yerləşən Tusi-Bohm Planetariumunda dünyaşöhrətli bəstəkar Hans Zimmerə həsr olunmuş konsert olacaq. Bəstəkarın musiqiləri Nigar Əsədullayevanın ifasında səslənəcək.
Zimmer - “Ceyms Bond”, “Ulduzlararası”, “Başlanğıc”, “Dune”, “Qladiator”, “Karib dənizinin quldurları” və yüzlərlə filmlərin saundtreklərinin müəllifidir.
Biletlərin qiyməti: 50-70 manat.
19:00-da M Teatrın səhnəsində (“Qanun” nəşriyyatının binasında yerləşir) Y.Paplavskinin “İlham pərisi” pyesinin motivləri əsasında qoyulmuş “Gözlənilməz təşrif” tamaşası (16+) nümayiş olunacaq.
Biletlərin qiyməti: 10-20 manat.
19:00-da Akademik Rus Dram Teatrın səhnəsində “Он, она, окно… любовник” (16+) tamaşası olacaq. Rejissor: İranə Tağızadə. Aktyorlar: Fuad Osmanov, Xacər Ağayeva, Natalya Baliyeva, Elmira Aslanova, Teymur Rəhimov, Murad Məmmədov, Bella Safina, İnna İmranova, Zaur Terequlov, Fatimə Əliyeva, Elşad Murtuzov.
Biletlərin qiyməti: 15 manat.
19:00-da Rus Evində aprelin 29-da qeyd olunan Beynəlxalq Rəqs Günü şərəfinə qala-konsert keçiriləcək. “Baku Tango Therapy”nin təşkil etdiyi gecədə müxtəlif rəqs məktəblərinin nümayəndələri iştirak edəcək.
Giriş sərbəstdir.
27 aprel
19:00-da Filarmoniyada Bakı Kamera Orkestri çıxış edəcək. Dirijor: Dmitri Sitkovetski (Böyük Britaniya) Solistlər: D.Sitkovetski, M.Adıgözəlzadə. Proqramda: J.S.Bach - “Rəqs süitası” №1, G (simlilər üçün işləyəni D.Sitkovetski), E.Bloch - “Baal Shem” silsiləsindən “Nigun” (II hissə), J.Haydn - Violin, piano və simlilər üçün konsert F, F.Mendelson - “Musiqili məktublar” - orqan, piano, simli kvartet və xor üçün Süita (8 pyes) (işləyəni D.Sitkovetski).
Biletlərin qiyməti: 4-20 manat.
19:00-da Bakı Musiqi Akademiyasının nəzdində olan Opera Studiyasının Konsert salonunda Jorj Bizenin “Karmen” operası nümayiş olunacaq.
Biletlərin qiyməti: 15-25 manat.
19:00-da Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşası olacaq. Cavid Zeynallının pyesi əsasında hazırlanan tamaşa 1937-ci il hadisələri fonunda Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin həyatından bəhs edir. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur.
Biletlərin qiyməti: 7-12 manat.
19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş olunacaq.
Biletlərin qiyməti: 7-12 manat.
28 aprel
19:00-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Qaya” Dövlət ansamblının konserti olacaq.
Biletlərin qiyməti: 20-50 manat.
19:00-da “Teatr O2”də Maksim Doskonun pyesi əsasında qurulmuş “London” adlı tamaşa göstəriləcək. Tamaşa rus dilindədir, 18+. Aktyor - Yevgeni Maksimov, rejissor - İskra Tarrant, rəssam - СHINGIZ, şəkillərin müəllifi - Maksim Dosko.
Biletlərin qiyməti: 20 manat.
19:00-da “M Teatr”da “Adamlar və siçanlar” adlı tamaşa nümayiş olunacaq.
Biletlərin qiyməti: 10-20 manat.
19:00-da Azərbaycan Dövlət YUĞ Teatrı (Kukla Teatrının binasında yerləşir) “Mənəm, mən...” adlı tamaşanı göstərəcək. İlqar Fəhminin əsəri əsasında hazırlanıb. Rejissor: Mehriban Ələkbərzadə.
Biletlərin qiyməti: 5-15 manat.

9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start