31 ildir taleyi naməlum olan Natiq Qasımov - VİDEO
Müsahibə / Video
5 okt 2023 | 11:34

30 ildən artıqdır doğmaları ondan xəbər gözləyirlər. Bu illər ərzində yaxınlarına onun yandırıldığı, əzab işgəncə ilə öldürüldüyü, hətta sağ olması barədə xəbərlər gəlib.

Söhbət son günlər haqqında çox danışılan Natiq Qasımovdan gedir. O, 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində dünyaya gəlib. Bir müddət sonra ailəsi ilə birlikdə Mingəçevirə köçüb.

Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, kinoteatrda kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib.

1991-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət valideynlərinin yanında qalan Natiq könüllü olaraq yenidən Vətənin müdafiəsinə yollanıb. Xocalı faciəsində sakinlərin başına gətirilənlər onu daha da hiddətləndirib.

Natiq Qasımov ailədə 2 qardaş, 2 bacı olub. Ailənin son beşiyi bircə fotosu ilə dünyada tanınıb. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli bayrağımızı 2 erməni arasında məğrurcasına addımladığı əks olunub.

Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olublar. Daha sonra Xocalı sakinlərinin azad edilməsi üçün Natiq təslim olub.

“Dəstədə 7 nəfər olublar. Ermənilər tərəfindən edilən hücumlar nəticəsində 6 nəfər şəhid olub, bir Natiq qalıb. Kilsədə 5 gün döyüşüb. Ermənilər elə biliblər ki, kilsədə böyük dəstə var. Xocalı sakinlərindən istifadə edərək Natiqin təslim olmasını istəyiblər”, - deyə Natiq Qasımovun qardaşı Nofəl Qasımov qeyd edib.

Ailəsi Natiqin sağ qalması və bir milyon manat pul müqabilində doğmalarına qovuşması barədə xəbərlər alıb. 30 il öncə Gürcüstanda yaşayan bir nəfər ailəyə ümid verib. Amma bu da öz təsdiqini tapmayıb.

Nofəl Qasımov qardaşının qatillərindən olan Vitali Balasanyanın tezliklə Natiqin yeri və ya qətlə yetirildiyi barədə məlumat verəcəyinə inandığını deyir.

“Balasanyan tək mənim qardaşımın cinayətində olmayıb. O, Xocalı soyqırımında da iştirak edib”, - deyə Nofəl Qasımov bildirib.

Doğmaları onu indi yalnız yuxularda görür, xəyallarda yaşadırlar. Mingəçevirdə yerləşən Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.

Ətraflı videonu təqdim edirik:


9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start