Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına can atır” - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
“Ermənistanın qanunsuz rejimi hazırda tərk-silah edilib və Azərbaycan ərazisindən çıxarılıb. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh razılaşması bağlamaq üçün heç bir əngəl yoxdur. Biz hesab edirik ki, bu, iki ölkə arasında ədavət və düşmənçilik fəslini dəyişdirmək və Azərbaycanın Ermənistan tərəfinə təklif etdiyi beş fundamental prinsip əsasında davamlı sülh yaratmaq üçün tarixi fürsətdir”, - o qeyd edib.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Avrasiya xəritəsində ən uzanmış münaqişələrdən birinin həlli üçün model yaradıb.
O xatırladıb ki, ATƏT Qarabağ məsələsini həll edə bilməyib:
“Minsk qrupu uğursuzluğa düçar olub: Minsk qrupunun həmsədrliyi qurumu uğursuz olub, çünki bu qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qorumaq və davam etdirmək olub”.
Hikmət Hacıyevin fikrincə, “işğal və ədalətsizlik dönəmi artıq geridə qalıb”:
“Ona görə də Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var”.
“Ancaq istənilən sülh öhdəliyi hər iki tərəfin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb edir və Ermənistan da öz rolunu oynamalı, pozitivlik və xoşməramlılıq nümayiş etdirməlidir. Biz artıq Ermənistan tərəfinə sülh müqaviləsinin yenidən işlənmiş beşinci variantını təqdim etmişik, amma iki aydan çox vaxt keçib ki, onlar hələ də cavab vermirlər”, - rəsmi Bakının nümayəndəsi diqqətə çatdırıb.
O vurğulayıb ki, hazırda regionda yeni reallıqlar yaranıb. Onun sözlərinə görə, “bu yeni reallıqlar qanunilik və legitimlik üzərinə qurulub”.
Daha sonra Hikmət Hacıyev Azərbaycanın Ermənistanla bağlı gələcək siyasətinə də aydınlıq gətirib:
“Biz regionda ədalət prinsiplərinə söykənən, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyan və bir-birimizə qarşı bütün ərazi iddialarına son qoyaraq yeni regional təhlükəsizlik arxitekturasını qurmaq istərdik”.
O qeyd edib ki, Bakı iki ölkə arasında qarşılıqlı təması dəstəkləyir:
“Düşünürəm ki, biz sülh razılaşmasına gəlməliyik. Sonra düşünürəm ki, digər tərəfdaşlar da bu razılaşmanı dəstəkləyə bilər”.
“Əvvəla, sülh və regional təhlükəsizlik Brüsseldə deyil, Parisdə deyil, Vaşinqtonda deyil, Moskvada və ya başqa yerdə deyil. Sülh bölgənin özündədir”, - Hikmət Hacıyev xatırladıb.
O, Aİ institutlarının Azərbaycana münasibətindən danışaraq, xüsusilə Avropa Parlamentinin müəyyən dairələrində azərbaycanofobiya və ya islamofobiya hisslərinə toxunub:
“Bu həm də Aİ-nin regional resurslarda ambisiyaları və maraqları üçün çox da faydalı deyil. Avropa Şurasının bu yaxınlarda Azərbaycanla bağlı gərəksiz tənqidləri ehtiva edən lazımsız bəyanatını da nəzərə almışıq... Azərbaycan əraziləri işğal altında olanda Avropa qurumları heç vaxt Azərbaycana qarşı ədalətli olmayıblar”.
“Sualım: niyə? Bu qədər illər ərzində Gürcüstan, Moldova və Ukraynadakı separatçı quruluşlara bir münasibət, Azərbaycana isə fərqli münasibət olub”, - Hikmət Hacıyev söyləyib.
O əlavə edib ki, Aİ-nin, Fransa kimi, bəzi üzv ölkələri Ermənistanın hərbiləşdirilməsi proqramına başlayıblar.
“Birincisi, istənilən hərbiləşdirmə proqramının yararlı olduğunu sanmırıq. Ermənistanın militarizasiya proqramına ehtiyacı yoxdur. Ermənistanın sülh proqramına ehtiyacı var”, - vurğulayan Hikmət Hacıyev bu cür təşəbbüslərin zərərli olduğunu bildirib.
“Biz Fransa kimi üzv ölkələrə həmişə tövsiyə etmişik ki, birincisi, Azərbaycan ərazisində separatizmi dəstəkləməsinlər. İkincisi, Ermənistanda revanşizmi dəstəkləməklə bağlı lazımsız mesajlar verməyin, həm də regionumuzda geosiyasi lazımsız oyunları irəli sürməkdən əl çəkin. Təəssüf ki, bunlar faktlardır”.
Bununla belə, Hikmət Hacıyev qeyd edib ki, Avropanın müvafiq qurumları həllin parçası olmalıdırlar:
“Biz inanırıq ki, bu, tarixi fürsət və tarixi təkandır və müvafiq Avropa qurumları da sosial böhran bölgəsində sülh gündəmini irəli sürmək üçün problemin deyil, həllin bir hissəsi olmalıdır”.
16.11.2023, 23:40
“Azərbaycan Ermənistanla sülh və ikitərəfli münasibətlərin normallaşmasına can atır”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında bildirib.
“Azərbaycan Avrasiyanın daha geniş xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həlli modelini yaradıb. Qarabağ münaqişəsi bu institut yaranandan bəri ATƏT-in qarşısında duran məsələlərdən biri olsa da, ATƏT münaqişəni həll edə bilməyib.
Minsk Qrupu uğursuzluğa düçar oldu: Minsk Qrupu Həmsədrlik İnstitutu ona görə uğursuz oldu ki, həmin qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğalını saxlamaq və davam etdirmək idi (yeri gəlmişkən, ABŞ qrupun həmsədr ölkələrindən biri idi).
Hərbi işğal və ədalətsizliyin bu fəsli artıq başa çatıb. Ona görə də indi Azərbaycanın gündəliyi sülh və Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşdırılmasıdır.
Amma istənilən sülh öhdəliyi iki tərəfin öz rolunu oynamasını tələb edir və Ermənistan da öz rolunu yerinə yetirməli və xoş niyyət nümayiş etdirməlidir.
İndi regionumuzda yeni reallıqlar və status-kvo yaranıb. Bu yeni reallıqlar ədalət, qanunçuluq və legitimliyə əsaslanır” - deyə Prezidentin köməkçisi qeyd edib.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start