Elçin Əmirbəyov: “Ermənistan əvvəlki kimi faktiki olaraq ərazilərimizə iddia edir”
“Ermənistan Azərbaycandan gözlənilən təhlükə ilə bağlı növbəti mifi qızışdırmaqla əvvəlki kimi faktiki olaraq ərazilərimizə iddia edir”.
Bu barədə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Azadlıq radiosu”na müsahibəsində bildirib.
RFE/RL-in müxbiri Coşua Kuçeranın Ermənistan və Azərbaycan arasında sülh prosesinə həsr olunmuş məqaləsində qeyd olunur ki, tərəflər arasında müxtəlif vasitəçilərə inamsızlıq yarandığı üçün Bakı və İrəvan son vaxtlar artıq konkret nəticələr verməyə başlayan ikitərəfli danışıqlar formatına üstünlük veriblər. Xüsusilə, Bakıda keçirilməsi planlaşdırılan COP29 beynəlxalq iqlim konfransı kontekstində hər iki tərəfdən saxlanılan şəxslərin azad edilməsi və qarşılıqlı diplomatik dəstəyə dair ötən ilin dekabrında tərəflərin əldə etdiyi razılaşma nəzərdə tutulur.
“Ermənistan və Azərbaycan artıq kifayət qədər yetkindir və öz aralarında qalan problemləri həll etmək iqtidarındadır və bu istiqamətdə işlər tam sürəti ilə davam edir”, - deyə E.Əmirbəyov kənardan nəhəng oyunçuların məsələyə qarışmasına görə sülh müqaviləsinin iki əks blok arasında geosiyasi rəqabət teatrına çevrilmək riski fikrinin yayılması fonunda bildirib.
Bu kontekstdə prezidentin nümayəndəsi Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Azərbaycanın Ermənistana ərazi iddialarına işarə etdiyi və Bakını İrəvanla substantiv danışıqlara qayıtmağa çağırdığı son bəyanatını tam cəfəngiyat adlandırıb.
“Ermənistana qarşı guya ərazi iddialarımızla bağlı Azərbaycana yönələn ittihamlar məsuliyyətdən qaçmaq cəhdindən başqa bir şey deyil. Ermənistanın hazırkı konstitusiyasına və ona istinadən hazırlanmış “Dağlıq Qarabağın Ermənistan SRR-ə birləşdirilməsi” haqqında qondarma və qeyri-legitim deklarasiyanın olmasına baxmaq kifayətdir”, - deyə Elçin Əmirbəyov qeyd edib.
“Bu cür konkret faktlar çoxdur, ən azı Ermənistanın MDB-yə üzvlüyünün ratifikasiyası prosesində Ermənistan parlamentinin qəbul etdiyi qeyd-şərtləri, Azərbaycana qarşı açıq ərazi iddiaları olan sənədlər, 44 günlük müharibə bitdikdən sonra Qarabağın Azərbaycanın mülkiyyəti olmasını şübhə altına alan Ermənistanın ölkəmizə qarşı başlatdığı çoxsaylı məhkəmə iddialarına baxın. Mən hələ Azərbaycanın Qarabağ bölgəsini tarixi Ermənistanın tərkib hissəsi kimi təqdim etməyə davam edən Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından danışmıram”.
“Biz yuxarıda qeyd etdiyimiz bütün narahatlığımızı dəfələrlə erməni tərəfinin diqqətinə çatdırmışıq, lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün konkret addımlar atmayıblar. Azərbaycana qarşı ərazi iddialarının qorunub saxlanılması ilə paralel olaraq qarşıdan gələn Azərbaycan təhlükəsi ilə bağlı qəsdən gülünc şayiələrin yayılması təkcə hiylə deyil və bu yol heç yerə aparmır”, - deyə E.Əmirbəyov yekunlaşdırıb.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start