Elçin Əmirbəyov Lüksemburq mətbuatında Ermənistanın əsassız ittihamlarını alt-üst etdi
Müsahibə
15 fev 2024 | 14:32
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Lüksemburq mətbuatında Ermənistanın əsassız ittihamlarına tutarlı cavab verib.

Lüksemburqun “L’Essentiel” qəzetində dərc olunan məqalədə Ermənistanın Brüsseldəki səfirliyinin müvəqqəti işlər vəkili və Lüksemburqda açılmış ofisin rəhbəri Arpine Xaçatryan guya Azərbaycanın yaxın gələcəkdə Ermənistan ərazisinə təcavüz planlaşdırdığını və bunun fonunda Avropa İttifaqını ermənilərin hüquqlarını qorumağa və mümkün “soyqırımı”nın qarşısını almağa çağırıb.

Öz növbəsində, Azərbaycan diplomat Elçin Əmirbəyov Lüksemburq mətbuatına verdiyi açıqlamada bu əsassız iddiaya münasibət bildirib.

“İşğal? Bu, cəfəngiyatdır! Ümumiyyətlə, bu bizim nəyimizə lazımdır?” - E. Əmirbəyov vurğulayıb.

Fikrinin davamında E.Əmirbəyov bu eyhamları növbəti erməni hiyləsi adlandıraraq, bunun arxasında, sadəcə olaraq, avropalıların diqqətini çəkərək özlərini yazıq kimi göstərmək niyyətinin olduğunu qeyd edib.

“Ermənistan Azərbaycandan gözlənilən təhlükə barədə danışmaqdan yorulmur, eyni zamanda, atəşkəsi kobud şəkildə pozur, əsgərlərimizə atəş açır. Hesab edirik ki, ölkələrimiz son nəticədə sülh razılaşmasına gəlməli, sərhədləri açmalı və diplomatik əlaqələr qurmalıdırlar”, - diplomat vurğulayıb.

Məqalə müəllifi Ermənistanla Azərbaycan arasında münasibətlərlə bağlı Lüksemburqun mövqeyinə də toxunur və qeyd edir ki, son vaxtlara qədər keçmiş xarici işlər naziri Jan Asselbornun təmsil etdiyi hökumət bir qayda olaraq Ermənistanı dəstəkləyib.

Jurnalist qeyd edir ki, erməni tərəfinin xoşuna gəlməsə də, bu gün vəziyyət açıq-aydın dəyişir. Belə ki, son bir neçə ayda Lüksemburqun Xarici İşlər Nazirliyinin yeni rəhbəri Xavyer Bettel Azərbaycanla yaxın və konstruktiv əlaqələrin qurulmasına səmimi maraq göstərir. Eyni zamanda, Lüksemburq hər iki Cənubi Qafqaz ölkəsi ilə balanslı münasibətlərin tərəfdarıdır.

“Bu suala konkret cavab verən nazir X.Bettel Qafqaz regionunun bütün ölkələri ilə dialoqun davam etdirilməsi, o cümlədən onlarla sağlam diplomatik kanalların saxlanmasını, eləcə də Lüksemburqun regiondakı bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmasının zəruriliyini bəyan edib”.

Jurnalist məqalənin sonunda vurğulayıb ki, Lüksemburq Ermənistana hərbi dəstək vermir.
Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start