“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO
Müsahibə
27 mar 2024 | 12:15
Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

Ölkə rəhbəri hələ 2016-cı ildə Sabirabadda keçirilmiş müşavirədə bu barədə daha sərt danışmışdı: “Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir... Bir qarış torpaq belə boş qalmamalıdır”.

Müşahidələr göstərir ki, bu sahədə vəziyyət problemli olaraq qalmaqdadır. Bəzi rayonlarda hasarlanmış istifadəyə yararlı torpaqlar imkanlı şəxslərin “işğalı”ndan qurtarılmayıb.


Onlar vaxtilə hansısa yollarla bələdiyyə və dövlət torpaqlarını hasarlayıblar, bəzi hallarda müxtəlif bəhanələrlə xüsusi mülkiyyətdə olan pay torpaqlarını da kəndlilərin əlindən alıblar.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev gündəmdə olan mövzu ilə bağlı Modern.az-a açıqlamasında deyib ki, zəbt olunmuş torpaq sahələri istifadəsiz saxlanıla bilməz:

“Sözsüz ki, bu, qanunsuz addımdır. Bəzi örüş yerləri qanunsuz olaraq əkilir. Müəyyən adamlar tərəfindən zəbt olunub. Bəzi adamlar ehtiyac ucbatından, şəhərə gəldiklərinə görə pay torpaqlarını satırlar. Müəyyən adamlar bu torpaqları alır, onları çəpərləyərək “bura mənimdir” deyirlər. “Bura mənim atamdan qalıb, sovet vaxtı burada olmuşam” kimi sözlərin də heç bir əsası yoxdur. Torpaqlardan istifadə olunmalıdır. Qanunda da qeyd olunub ki, torpağı icarəyə götürəndən sonra üç il əkib-becərmirsənsə, səndən alınıb başqasına verilməlidir.

Eləcə də istifadəsiz qalan torpaqları alanlar da əkin işləri görməlidirlər. Adam var ki, heyvan saxlayır, ancaq torpağını satıb, yeri yoxdur ki, onu otarsın. Qonşu icazə vermir ki, boş ərazidə həmin mal-qara otlasın. Nə olsun ki, yer sənindir? Torpaq boş qalınca bu adama ucuza ver, mal-qarası otlasın, oranı da abadlaşdırsın. Torpaq əkilib-becərilməyəndə ölür. Ona görə hər bir qarış torpaqdan istifadə edilməlidir.

Ayrı-ayrı yerlərdə zəbt olunmalar çoxdur. Dövlətin tapşırıqları var, torpaqlar müəyyən adamların əlindən alınıb, yenə də alınmalara ehtiyac var. Bu məsələdə ciddi tədbirlər görülməlidir”.
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Dünən, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
7-10-2026, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
7-10-2026, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
7-10-2026, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
7-10-2026, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
7-10-2026, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman