Əsəd Şirinov: “Kür və Araz çaylarının sərflərinin azalması ən çox Azərbaycanda hiss olunur”
Kür, Araz və digər çayların sərfləri son illərdə azalmaqla yanaşı, bu təsirlər aşağı axar ölkəsi olan Azərbaycanda daha çox hiss edilməkdədir.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakıda keçirilən “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində deyib.
Onun sözlərinə görə, bu istiqamətdə, iqlim dəyişikliklərinin təsirlərinin daha effektiv öyrənilməsi üçün kosmik müşahidənin önəmi də ildən-ilə artmaqdadır.
“Bir tərəfdən, xüsusən yaz aylarında, getdikcə şiddətlənən daşqınların şahidi oluruq, digər tərəfdən isə artan istilər səbəbindən uzunmüddətli quraqlıqlar su ehtiyatlarımız üzərində böyük stres yaratmağa davam edir. Bu hadisələr təkcə kənd təsərrüfatı fəaliyyətlərini təhlükə altına qoymur, həm də qida təhlükəsizliyi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və əhalinin sosial-maddi rifahına birbaşa təsir edir. Kosmik müşahidə stansiyaları və peyklər Yer kürəsini bizim edə bilməyəcəyimiz şəkildə görməklə dəniz səviyyəsi, buz örtükləri və atmosferimizdə insan fəaliyyətinin getdikcə artan karbon ayaq izini müəyyən etməyə önəmli töhfələr verir”, - deyə Ə.Şirinov bildirib.
O qeyd edib ki, Azərbaycanın ayrı-ayrı inzibati rayon əraziləri üçün suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətini əks etdirən elektron su xəritələri hazırlanıb və vahid şəbəkə üzrə informasiya xidməti yaradılıb.
“Azərbaycanın əsas kanalları üzərində 150 nöqtədə müasir suölçən cihazlar quraşdırılıb, hazırda daha 40 ədəd suölçən cihazların quraşdırılması üçün hazırlıq işləri həyata keçirilir. Aparılan ölçmələr nəticəsində əldə olunan məlumatların onlayn rejimdə “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiya edilməsi nəzərdə tutulub”, - deyə Ə.Şirinov əlavə edib.

Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start